Accessibility links

Şri Lankada qadınlara üz ortüyü taxmaq qadağan olunub


Pasxa günü baş verən partlayışlarla sarsılan Şri Lankada qadınlara üz örtüsü taxmaq qadağan edilib. Prezident Maitripala Sirisena bu qadağanı ölkədəki fövqəladə vəziyyət çərçivəsində tətbiq edib. Qadağa bazar ertəsi qüvvəyə minib.

Rəsmilər deyib ki, bu addım təhlükəsizlik qüvvələrinə şübhəlilərin kimliklərinin müəyyən edilməsi prosesində yardım edəcək. Hüquq-mühafizə orqanları Pasxa günü kilsə və otellərin hədəf alındığı hücumlara görə məsuliyyət daşıyan insanların axtarışını hələ də davam etdirir.

Bundan əlavə Şri Lankanın yerli mediası xəbər verir ki, polis şənbə günü təhlükəsizlik qüvvələri ilə miltantlar arasında altı uşaq daxil olmaqla, on beş nəfərin ölümü ilə nəticələnən silahlı qarşıdurmadan sonra dağıntılar arasından çıxarılan qadın və qızın kimliklərini müəyyən edib.

Rəsmilər deyir ki, onlar Pasxa günü 250 nəfərin ölümü ilə nəticələnən hücumun təşkilatçısı olmaqda şübhəli bilinən Zəhran Haşimin həyat yoldaşı ilə qızıdır.

Şri Lanka mediası şübhəlinin paytaxt Kolomboda yerləşən Kingsburry otelinə daxil olduğunu və onun bomba partlamadan öncəki hərəkətlərini göstərən təhlükəsizlik kameralarının lentə aldığı video görüntüləri yayıb.

Rəsmilər bildirib ki, hücumlar doqquz nəfər tərəfindən həyata keçirilib və onların səkkizinin kimliyi artıq müəyyən edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG