Accessibility links

Şri-Lankanın Milli Tovfik Camaat qrupu


Şri-Lankada son hücumların məsuliyyətini Milli Tovfik Camaat (NTJ) qrupu üzərinə götürməsə də, rəsmilər 7 intiharçının həyata keçirdiyi hücumların xaricdən yardım aldığını düşünür. Lakin onlar istintaqın davam etməsinə görə təfərrüata varmayıb.

Qrupun Şri-Lanka Tovfik Camaat qrupunun (ŞLTC) bir qolu kimi 3 il əvvəl formalaşdığına inanılır.

ŞLTC son illər buddistlərin sərt xətt tərəfdarları və ölkənin müsəlman nikan islahatlarına etiraz etməklə mühafizəkar müsəlmanları cəlb etməyə səy göstərir.

Qrupun lideri Əbdul Razik 2016-cı ildə dini ekstremizm və nifrət dolu çıxışlar ittihamı ilə həbs edilib.

NTJ-in üzlərinin sayı barədə dəqiq məlumat olmasa da, ekspertlərn onun sıralarının SLTJ-dən daha geniş olduğunu düşünür.

2017-ci ilin mart ayında bu qrup müsəlmanların əksəriyyət təşkil etdiyi Karrankudtda qarşıdurmalarda iştirak etmişdi. O zaman 3 nəfər xəsarət almışdı.

Daha sonra qrup sosial mediada müsəlmanların ayrı-seçkiliyə məruz qaldığına dair mesajlar yaymışdı.

Ekspertlərin fikrincə, NTJ İŞİD-dən ruhlanır.

Bu arada, İslam Dövləti qrupu çərşənbə axşamı heç bir dəlil göstərmədən Pasxa bayramı günü Şri Lankada 300-dən çox insanın ölümünə və yüzlərlə digərinin yaralanmasına səbəb olan silsilə partlayışlara görə məsuliyyət daşıdığını bildirib.

Bu iddia militant qrupun Amag xəbər agentliyi vasitəsilə edilib..

Şri-Lankanın müdafiə naziri çərşənbə axşamı parlamentə bildirib ki, hücumu törədənlər bunu ötən ay Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məsciddəki hücuma cavab olaraq edib.

Ruvan Uijeuardene ilkin araşdırmalar zamanı bu nəticənin necə əldə edildiyi barədə təfsilata varmayıb.

Polis sözçüsü çərşənbə axşamı hücumla əlaqədar 40 nəfərin həbs edildiyini bildirib. Sözçü ölənlərin sayının 310 nəfərə çatdığını bildirib.

21 milyonluq Şri-Lanka əhalisinin 9.7 faizini Tamil müsəlmanları təşkil edir. Tamilllərlə Sinhalilər arasında 1983-2009-cu illərdə vətəndaş müharibəsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG