Accessibility links

19 ştat Tramp administrasiyasını məhkəməyə verib


Donald Tramp
Donald Tramp

ABŞ-ın 19 ştatının və Kolumbiya Mahalının baş prokurları Tramp administrasiyasının miqrant uşaqların saxlanma mərkəzlərində saxlanılma müddətinə dair qaydanı dəyişmək cəhdi ilə bağlı məhkəməyə müraciət edib.

Ştatlar 1997-ci ildə əldə olunan Flores razılığı kimi tanınan məhkəmə qərarını qoruyub saxlamağa çalışır. Bu qərar hökümətin immiqrant uşaqları sərhəddə saxlama müddətini 20 günlə məhdudlaşdırır.

Bundan əlavə qərarla saxlanma mərkəzlərinə təhlükəsiz və sanitariya şəraitinin təmin olunması üçün qaydalar irəli sürülür.

Administrasiya məhkəmə qərarını ləğv etmək və miqrant ailələrin qeyri-müəyyən müddətdə saxlanmasına icazə verəcək yeni qaydalar tətbiq etmək istəyir.

Prezident Donald Tramp uzun zamandır miqrant ailələrin saxlanmasına tətbiq olunan 20 günlük limitin Birləşmiş Ştatlara qeyri-qanuni yolla daxil olan ailələrin “həbs olunub, dərhal azad olunması” ilə nəticələndiyindən şikayətlənir.

Administrasiya daxilində sərt immiqrasiya qanununun tərəfdarları deyir ki, bu məhdudiyyət qanunsuz mühacirlərin ABŞ-a özləri ilə uşaqlarını gətirməyə təşviq edir.

Onlar iddia edir ki, yeni qaydalar onların ABŞ-a uşaq gətirməklə qısa müddət sonra saxlanma mərkəzindən buraxılmalarına “təminatın” yaradılacağına dair düşüncələrini aradan qaldıracaq.

Məhkəməyə müraciət edən ştatlar arasında Konnektikut, Delaveyr, İllinoys, Meyn, Merilend, Massaçusets, Miçiqan, Minnesota, Nevada, Nyu Cersi, Nyu Meksiko, Nyu York, Oreqon, Pensilvaniya, Rod Aylend, Vermont, Virciniya və Vaşinqton ştatları var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG