Accessibility links

Şvartsenegger rus robot istehsalçısını məhkəməyə verir


Arnold Şvartsenegger Rusiyanın Promobot şirkətini robot yaradarkən onun görüntüsündən qanunsuz istifadə etdiyinə görə məhkəməyə verib.

Şvartseneggerin vəkilləri şirkətin Android Robo-C humanoid robotu üçün aktyorun görünüşü və səsindən qanunsuz istifadə etdiyini və bununla da onun nüfuzuna zərər verdiyini söyləyib. İddiaçılar cavabdehdən 10 milyon dollar təzminat və satışdan əldə olunan gəlirin ödənilməsini, həmçinin Şvartsenegger obrazından istifadə etməyi dayandırmağı tələb edirlər.

"İndi məsələni həll etmək üçün əlimizdən gələni edirik. Özümüz Şvartseneggerin nümayəndələrinə sorğu göndərdik. Heç bir yerdə mübahisələrə səbəb olan robotdan istifadə etməyəcəyik. Gələcəkdə heç bir sual doğurmasın deyə yaradılan matrisi utilizasiya edəcəyik” , Promobot nümayəndəsi bildirib.

Şvartseneggerin üzü olan Android Robo-C robot modeli 2019-cu ildə Sankt-Peterburqda Synergy Global Forumunda təqdim edilib. Foruma həmçinin Promobot nümayəndələrinin sözlərinə görə, "hər şeyi çox bəyəndim" deyən aktyorun özü də ziyarət edib. Bu ilin yanvar ayında robot Las Veqasdakı CES-də nümayiş etdirilib, bundan sonra vəkillər Hollivud aktyorunun obrazından istifadə etməyi dayandırmağı tələb ediblər.

XS
SM
MD
LG