Accessibility links

Arnold Şvarzenegger: Kapitoli binasındakı zorakılıqlar post-nasist Avstriyasındakı uşaqlıq illərimi xatırladır


Kaliforniyanın sabiq qubernatoru Arnold Şvarzenegger Kapitoli binasındakı zorakılıqların post-nasist Avstriyasındakı uşaqlıq illərini xatırlatdığını deyərək, bu qiyama prezident Trampın yalanlarının səbəb olduğunu bildirib.

"Prezident Tramp seçilərin, ədalətli seçkilərin nəticələrini ləğv etməyə çalışmaqla insanları yoldan çıxararaq çevrilişə cəhb göstərib" - deyə, 73 yaşlı Şvarzenegger bildirib.

Hollivud karyerası zamanı "Terminator" filmi ilə dünya şöhrəti qazanan aktyor 7 dəqiqəlik videoda deyib ki, mənim atam və qonşularımız yalanların qurbanı olub və mən bu yalanların hara apardığını bilirəm.

Birləşmiş Ştatlar Konqresinin üzvləri prezident Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücum etməsindən bir neçə saat sonra demokrat Co Baydenin noyabr prezident seçkilərində qələbəsini sertifikatlaşdırıb.

Həm Demokrat, həm Respublikaçı qanunvericilər gecə yarı işini bərpa etmiş sessiyada prezident seçilmiş Co Baydenin qələbəsini sertifikatlaşdırmağa söz verərək Konstitusiya borclarını yerinə yetirib.

Konqres Baydenin qələbəsini təsdiqləyəndən sonra prezident Tramp "seçkilərin nəticəsi ilə tamamilə razılaşmadığını” bildirsə də, yanvarın 20-də hakimiyyətin intizamlı şəkildə keçidini həyata keçirəcəyinə söz verib.

ABŞ Prezidenti Donald Tramp tərəfdarlarının ABŞ Kapitoli binasına zorla daxil olmasından sonra Vaşinqtonda onun vəzifəsindən vaxtından tez uzaqlaşdırılmasına dair çağırışların gücləndiyi zaman hakimiyyətin yanvarın 20-də yeni administrayaya intizamlı şəkildə ötürüləcəyini bildirib.

Artan təziqlərlə qarşılaşan Trampötən həftə ilk dəfə olaraq hakimiyyətin Baydenə ötürüləcəyini açıq şəkildə etiraf etdiyi çıxışını video vasitəsi ilə yayımlayıb.

"Yanvarın 20-də yeni administrasiya inaqurasiya olacaq" - deyə, Tramp bildirib.

"Mən bütün diqqətimi hazırda hakimiyyətin nizamlı, problemsiz ötürülməsinə yönəltmişəm. Bu an şəfa və milli barışıq tələb olunur", o, çıxışında deyib.

Şvarzenegger deyib ki, Tramp inaqurasiyadan sonra köhnə tvit kimi əhəmiyyətsiz ola bilər.

“Onun damarıboş adlandırdığı qanunvericilər əməllərinə görə cavab verməli olacaq. Son hadisələrin bir daha heç vaxt baş verməməsi üçün qanun qəbul edilməli olacaq” , sabiq qurbernator əlavə edib.

Hollivud karyerası dövründə, 1982-ci ildə çəkildiyi Bərbər Konan filmindəki qılıncı əlinə alıb.

“Qılıncların özünəməxsus xüsusiyyəti var. Nə qədər onları bərkidirsən, onlar daha güclü olur. Bizim demokratiya qılınclara bənzəyir. Nə qədər möhkəmləndirisən, bir o qədr güclənirsən” - deyə, sabiq qubernator bildirib.

Şvarzenegger İkinci Dünya Müharibəsindən sonrakı rejimi tarixin ən dəhşətli rejimi adlandırıb. O, həmin dövrün atası və qonşularını içkiyə sürüklədiyini bildirib.

2016-cı ildə prezidentliyə iddiası olan Şvarzenegger deyib ki, Amerikada doğulsa idi, prezidentliyə namizədliyini irəli sürərdi.

Ağ Ev aktyorun şərhlərinə münasibət bildirməyib.

Şərhlərə bax

XS
SM
MD
LG