Əfqanıstan prezidenti Əşrəf Qani Talibanla 3 aylıq şərti atəşkəs elan edib. Bəyanat Taliban yaraqlılarının Əfqanıstanın Fəryab əyalətinin rayon mərkəzini ələ keçirdiyi vaxta təsadüf edir.
Taliban hələ ki, atəşkəsə münasibət bildirməyib.
Talibançılar bir neçə gün əvvəl əyalətdəki hərbi bazanı tutmuşdular. Əyalətin qubernatoru Naqibullah Faiqin sözlərinə görə, Əfqanıstan əsgərlərinə kömək gəlmədiyinə görə, yaraqlılar Balxaraq rayonunu ələ keçirib. Hələlik itkilər barədə məlumat verilmir.
Bu, 19-da-Əfqanıstanın öz müstəqilliyinin 90-cı ildönümünü qeyd etməsi fonunda baş verir
Qani əfqan qüvvələrinin bazar ertəsi əməliyyatalrını dayandıracağını deyib.
Atəşkəs həm də milyonlarla zəvvarın Səudiyyə Ərəbistanında illik Həcc ziyarətinə başladığı vaxta üst-üstə düşür.
Bu gündən etibarən zəvvarlar beş gün İslamın ən müqəddəs yeri sayılan və Məhəmməd Peyğəmbərin ayaq izi olan Məkkədə Kəbə ətrafında dövrə vuracaq.
Əfqanıstan prezidenti eyni bəyanatla Ramazan bayramında da çıxış etmişdi.