Gitarada ifa etmək öyrədilir. Ancaq bu sizi çaşdırmasın. Bura nə gitara kursu, nə də konsert salonudur. Ən azından rəsmi olaraq.
Mən gitaramdakı problemin nə olduğunu bilmirəm. Amma bu da mənim öyrənmə prosesimin bir hissəsidir.'' - deyə, Təmir Kafenin müştərisi Minu Ramanan bildirib.
Bu gitaranı Minuya hədiyyə ediblər. İndi isə bu gitaranın təmirə ehtiyacı var. Buna görə də Minu öz gitarasını Virciniyanın Feyrfaks şəhərindəki Təmir Kafesi adlanan bu yerə gətirib.
Könüllülər sayəsində fəaliyyət göstərən bu kafedə təkcə gitara təmir edilmir. Ətraf ərazilərdə yaşayan insanlar bu kafeyə xarab olmuş lampa, saat, örtük və digər əşyalarını da gətirir. Könüllülər isə heç bir qarşılıq almadan, təmamilə pulsuz olaraq həmin əşyaları təmir edir.
"Bu insanların hamısı əşya təmir etməyi özləri öyrənib. Onlar bura kömək etməyə və başqalarına da öyrətmək üçün gəlib. Beləcə insanlar xarab olmuş bir əşyanı zibilə atmaqdansa təmir edərək, yenidən istifadə edə bilir.'' - deyə, kafenin könüllüsü Cudi Freyzer qeyd edib.
İlk dəfə bu cür Təmir kafesi 2009-cu ildə Amsterdamda fəaliyyətə başlayıb. Hal-hazırda isə bütün dünyada 1600-dən çox bu cür kafe fəaliyyət göstərir.
Beləcə, insanlar maddi əşyalarını təmir etdirirkən eyni zamanda yeni mənəvi dostluqlar qurur.