Accessibility links

Əbu Bəkr Əl-Bağdadi son 5 ildə ilk dəfə video görüntüsünü yayıb


İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadi son 5 ildə ilk dəfə video görüntüsünü yayıb.

18 dəqiqəlik videoda onun üzləri göstərilməyən qrup üzvləri ilə danışdığı nümayiş etdirilib.

Bağdadinin İŞİD-in Suriyadakı son istehkamı Bağuzun təslim olduğunu qəbul və Pasxa bayramında Sri Lankada 250 nəfərin öldürüldüyü hücumdan bəhs etdiyi göstərilib.

O, terrorçu qrupun “son nəfəsədək” döyüşəcəyi və öldürülən üzvlərinin qısasını alacağını deyib.

Bu, Bağdadinin 2014-cü ildə İraqın Mosul şəhərindəki məsciddəki çıxışından sonra ilk videosudur.

Onun səs yazıları sonuncu dəfə 2017-ci ilin sentyabr və 2018-ci ilin avqust ayında yayılmışdı. İŞİD terrorçu qrupunun lideri uzunmüddətli sükutdan sonra tərəfdarlarına müraciət edərək onları möhkəm olmağa çağırıb və düşmənlərinə “qaranlıq günlərin” hələ qabaqda olduğu barədə xəbərdarlıq etmişdi.

ABŞ-ın kəşfiyyat rəsmiləri videodan xəbərdar olduqlarını desə də, onun həqiqiliyinin hələ ki, müəyyən edilmədiyini bildirib.

Bağdadinin ictimiaiyyət arasında görünməməsi İŞİD liderinin öldürüldüyü barədə şayiələrə səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG