Accessibility links

Əlcəzair prezidenti vəzifəsini tərk edir


Əlcəzair prezidenti aprelin 28-də vəzifəsini tərk edəcək. Bu tarix onun prezidentlik dönəminin son günüdür.

Bəyanatı APS dövlət xəbər agentliyi yayıb. Bildirilib ki, Əbdüləziz Buteflika vəzifəsini tərk etməzdən öncə dövlət təsisatlarınin işini davam etdirəcəyindən əmin olmaq istəyir.

1999-cu ildə hakimiyyətə gələndən bəri Buteflika Əlcəzairdə 100 mindən çox insanın ölümü ilə nəticələnən vətəndaş müharibəsindən sonra ölkədə sülhü bərpa edib.

2011-ci ildə qonşu Tunisdə başlayan və regiona yayılan Ərəb Baharının Əlcəzairə heç bir təsiri olmadı. Neftdən gələn pul hökümətə sabitliyi qorumağa yardım etdi.

Lakin 2011-ci ildən bəri neft qiymətləri azalıb və Əlcəzairin iqtisadiyyatı çətinliklikə üzləşir. Hazırda 30 yaşından aşağı əlcəzairlilərin üçdə biri işsizdir, ölkənin gənc əhalisi isə vətəndaş müharibəsini xatırlamır.

Bu yaxınlarda Əlcəzairdə son illərin ən böyük nümayişləri keçirilib. On minlərlə insan küçələrə axışaraq, xəstə prezident Əbdüləziz Buteflikanın yenidən namizədliyini irəli sürməsinə etiraz edib.

82 yaşlı Buteflika Cenevrədə iki həftə tibbi yoxlanışdan keçdikdən sonra Əlcəzairə yenicə qayıdıb. O, 2013-cü ildə insult keçirəndən bəri iflic vəziyyətdədir və əlil arabası ilə gəzir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG