Accessibility links

Ədliyyə Departamenti: Hakimin qərarı ailələrin daha uzun müddət həbsdə qalması ilə nəticələnə bilər


Tramp administrasiyası bildirir ki, hakimin hökümətə ABŞ sərhədində ayırılan mühacir uşaqların ailələri ilə birləşdirməsinə dair göstərişi uşaqların hazırda icazə verildiyi müddətdən daha uzun müddət həbsdə saxlanılmasına gətirib çıxara bilər.

“Hökümət ailələri ayırmayacaq, bunun əvəzinə ailələri sərhəddə birlikdə həbs edəcək,”- deyə, Ədliyyə Nazirliyi cümə günü bildirib.

Ailələr aylar və hətta illər ərzində həbsdə saxlanıla bilər, çünki məhkəmələrdə minlərlə immiqrasiya işinə baxılır.

Lakin Flores razılığı adı ilə tanınan federal məhkəmə qərarına əsasən, uşaqlar həbsxanada 20 gündən çox saxlanıla bilməz.

ABŞ-ın San Diyeqodakı federal hakimi çərşənbə axşamı ayrılmış ailələrin 30 gün içində birləşdirilməli, 5 yaşından aşağı uşaqların isə iki həftə ərzində valideyinləri ilə bir araya gətirilməli olduğuna dair qərar verib.

Rəsmilər deyir ki, təxminən 2 min insan valideyinlərinə qovuşmağı gözləyir.

Bir çox amerikalı ailələrin ayrılması və uşaqların sığınacaqlara yerləşdirildiyini göstərən televiziya görüntülərindən sonra qəzəblənib.

Şənbə günü Vaşiqnton da daxil olmaqla ölkə boyu Tramp administrasiyasının qeyri-qanuni immiqrasiya ilə bağlı “sıfır dözümlülük”siyasətinin əleyhinə nümayişlər keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG