Accessibility links

Əfqanıstanın şərqində məsciddə bomba partladılıb, yaralılar var


8 oktyabr 2021-ci ildə Əfqanıstanın şimalındakı Kunduz əyalətində baş verən partlayışdan sonra insanlar məscidin içərisinə baxış keçirirlər.
8 oktyabr 2021-ci ildə Əfqanıstanın şimalındakı Kunduz əyalətində baş verən partlayışdan sonra insanlar məscidin içərisinə baxış keçirirlər.

Əfqanıstanda Taliban rəsmiləri cümə günü, günorta namazı vaxtı şərqi Nangarhar vilayətində izdihamlı məscidə bombanın partlaması nəticəsində ən azı 15 ibadətçinin yaralandığını bildirib.

Əyalət hökumətinin nümayəndəsi Məhəmməd Hənif Amerikanın Səsinə bildirib ki, partlayıcı qurğu məscidin içərisinə yerləşdirilib. Lakin o, hadisə nəticəsinə ölənlərin olmadığını deyib.

Bununla belə hadisə şahidləri partlayışın daha çox insana ziyan vurduğunu bildirir. Spin Qhar bölgəsindəki məsciddə sünni müsəlmanlar toplaşıbmış.

Hadisənin məsuliyyətini hələ ki, öz üzərinə götürən olmasa da, İslam Dövlətinin regional qolu kimi tanınan İslam Dövləti Xorasan qrupu Əfqanıstanda mülki şəxslər və Talibana qarşı, demək olar ki, hər gün bomba hücumu həyata keçirir.

İŞİD-Xorasan avqustun ortalarında Talibanın ölkəni ələ keçirməsindən sonra Əfqanıstanın bəzi bölgələrində, o cümlədən paytaxt Kabildə onlarla hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Zorakılıqlar yüzlərlə insanın, əsasən də azlıqda olan şiə icmasının üzvlərinin ölümünə və yaralanmasına səbəb olub.

Taliban buna cavab olaraq terror təhlükəsini yatırmaq məqsədilə qrupun sığınacaqlarına qarşı əməliyyatlara başlayıb.

Çərşənbə günü Talibanın kəşfiyyat agentliyinin nümayəndəsi Kabildə jurnalistlərə deyib ki, antiterror əməliyyatları nəticəsində İŞİD-Xorasan-ın əsas komandirləri də daxil olmaqla 600 üzvü ələ keçirilib, 40-a yaxın şəxs isə öldürülüb.

Bununla belə ABŞ rəsmiləri Talibanın Əfqanıstanda İŞİD silahlılarına qarşı uğurlu əməliyyat keçirmələri ilə bağlı xəbərlərə şübhə ilə yanaşırlar.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən bir nümayəndəsi Amerkanın Səsinə bildirib ki, “Biz Talibanın iddialarını gördük. Biz İŞİD-K-nın davamlı düşmən olaraq qaldığını qeyd edirik”. O həmçinin əlavə edib ki, “Talibanın səylərini bu dəhşətli terror qruplaşmasının məhvinə yönəltməyə davam etməsi açıq-aydın onların maraqlarına uyğundur”.

XS
SM
MD
LG