Accessibility links

Əfqanıstanın şərqində partlayış


Yerli rəsmilərin verdiyi məlumata görə, Əfqanıstanın şərqində mamaların təcrübə keçdiyi mərkəzə hücum nəticəsində üç nəfər öldürülüb.

Silahlı şəxslər şənbə günü Nangarhar cilayətinin paytaxtı Cəlalabad şəhərində mərkəzə hücum edib və bir neçə saat təhlükəsizlik qüvvələri ilə mübarizə aparıb.

Əyalət hökümətinin sözçüsü Ayətullah Xoqyani deyib ki, bir sürücü, iki mühafizəçi öldürülüb, yeddi nəfər isə yaralanıb. Onun sözlərinə görə, əksəriyyəti qadın olmaqla 63 nəfər ərazidən evakuasiya edilib.

Silahlı şəxslərin əsasən Nuristan vilayətindən olan təlim keçən mamaların olduğu mərkəzə nə üçün hücum etdiyi bəlli deyil.

Ərazidən havaya tüstü çıxdığı görülüb. Hadisənin baş verdiyi yerə dərhal təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları gedib.

Bu hücum Cəlalabadda son həftələrdə bir neçə insanın ölümü ilə nəticələnən bir neçə hücumundan ən sonuncusudur.

Bu hücumun məsuliyyətini hələ ki, üzərinə götürən olmasa da, əvvəlki hücumlara görə Pakistanla sərhəddə yerləşən Nangarhar vilayətində istehkamı olan İslam Dövləti məsuliyyət daşıdığını etiraf edib.

XS
SM
MD
LG