Accessibility links

Əfqanıstanın şimalında azı 11 nəfər minaya düşərək həyatını itirib


Əfqanıstanın şimalında bir maşının minaya düşərək partlaması nəticəsində azı 11 mülki vətəndaş, o cümlədən uşaqlar ölüb. Bu barədə bazar günü yerli hökumətin rəsmiləri məlumat verib. Onlar minanın yerləşdirilməsinə görə Taliban üsyançılarını ittiham edib.

Lakin şənbə günü Taliban liderləri və BMT rəsmilərinin Qətərdə Əfqanıstanda sülh prosesini, diplomatların və Əfqanıstandakı humanitar agentliklərində işləyən insanların təhlükəsizliyini müzakirə etmək üçün görüş keçirməsindən bir neçə saat öncə baş verən hücuma görə nə Taliban nə də başqa militant qrup məsuliyyəti üzərinə almayıb.

Talibanın sözçüsü Twitter-də yaydığı bəyanatda bildirib ki, Talibanın siyasi idarəsinin sədr müavini Şer Məhəmməd Abbas Stanekzai BMT rəsmiləri ilə “görüşdə Əfqanıstanda sülh prosesinə öhdəliyini bir daha vurğulayıb.”

Talibanın nümayəndə heyəti BMT-nin bütün idarələrinin Əfqanıstandakı işçilərinin və başqa diplomatların təhlükəsizliyinə zəmanət versə də, Əfqanıstan rəsmiləri Talibanı bir neçə vilayətin nəzarətini ələ keçirmək məqsədilə hökumət rəsmilərinə və mülki vətəndaşlara qarşı aramsız zorakılıqlar həyata keçirməkdə gühanlandırıb.

Şimalda yerləşən Badgis vilayətinin qubernatoru Hüsamudin Şəms deyib ki, şənbə günü baş verən partlayışda Qala-i-Nəv şəhərinə səfər edən 11 sərnişin, o cümlədən üç uşaq həyatını itirib.

Son aylarda Əfqanıstanda təhlükəsizlik qüvvələrinin üzvləri, hakimlər, hökumət rəsmiləri, vətəndaş cəmiyyəti fəalları və jurnalistlər yol kənarına yerləşdirilən bombalar, maşınların altına yerləşdirilən kiçik maqnit bombaları və başqa hücumlarla hədəf alınıb.

Birləşmiş Millətlər Təşkilatı bu ilin aprelində bildirib ki, 2021-ci ilin ilk üç ayında sülh əldə etmək səylərinə baxmayaraq hökumət qüvvələri ilə Taliban qiyamçıları arasındakı döyüşlər nəticəsində təxminən 1800 əfqanıstanlı mülki vətəndaş ya öldürülüb ya da yaralanıb.

XS
SM
MD
LG