Accessibility links

ABŞ-ın Əfqanıstandan dönən sonuncu əsgərləri


ABŞ-ın Əfqanıstandan dönən sonuncu əsgərləri
please wait

No media source currently available

0:00 0:02:39 0:00

ABŞ-ın Əfqanıstandan dönən sonuncu əsgərləri

Nyu-York ştatının Fort Dramdakı 10-cu Dağ Diviziyasının əsgərləri 2001-ci ildə Əfqanıstana ilk göndərilənlər və indi də ən son geri çəkilənlər arasında olub.

Geri qayıtmaları təxminən 10 ay çəkən 10-cu Dağ Diviziyasının qoşunları nəhayət Amerika torpağına enir və silahlarını təhvil verir. Batalyon komandiri Kris Roy: "Bu, real hiss edilmir. Bir az əvvəl də dedim, elə bil ki, kimsə səni çağırıb, "zarafat etdim, geri qayıtmalısınız, orada işimiz bitməyib'' deyəcək.''

Batalyon komandiri, podpolkovnik Kris Roy bu qoşunların cənubda Helmənddən tutmuş, şimalda Məzari-Şərifə, sonra isə mərkəzi Baqram Hava Limanına qədər, Əfqanıstanda qalan Amerika bazalarının təhvil verilməsinə, nəhayət Kabil beynəlxalq hava limanında daim təhlükə altında olan 120 mindən çox insanın evakuasiyasına yardım etdiklərini deyir. “Çox qarışıq idi. Açığını deyim ki, başqa olduğum bütün yerlərdən fəqli idi. Amma bəhs etdiyiniz qeyri-müəyyənlik çox real idi"

Qeyri-müəyyənlik iyirmi ildir Amerikanın düşməni və minlərlə ABŞ əsgərinin öldürülməsinə cavabdeh olan Talibana güvənməklə əlaqəli idi. "Patrullarda olan uşaqların yoxa çıxması, əsgərlərlə birlikdə olduğum bazalara raket hücumları, bunlar yaxşı hisslər deyildi" - deyə, Kris Roy bildirir.

Kapitan Svasi Braun: "Onlara ehtiyacımız var idi. Onlar bizim işimizi görməyimizə imkan yaratmaq üçün təhlükəsizliklə təmin edən bir növ filtr idi."

Bu əsgərlərin təxminən yarısı o vaxt ya doğulmamışdı, ya da bitirdikləri müharibənin başlamasına səbəb olan 2001-ci ildəki terror hücumlarını xatırlamır.

Onların missiyaları artıq başa çatıb və indi ailələri ilə qucaqlaşırlar. Bəziləri üçün 288 gün bir ömür kimi idi. Obri İvans: "Mən çox sevinirəm. Gedəndə cəmi 5 aylıq idi, buna görə də demək olar bütün ilklərini qaçırdı."

Obri və Sem İvanslar üçün çoxdan gözlənilən görüş. Qızlarının təbəssümü hər şeyi deyir.

XS
SM
MD
LG