Accessibility links

ABŞ Əfqanıstandan gələn ilk qaçqın qrupunu yerləşdirməyə çalışır


Bayden administrasiyası çərşənbə günü Əfqanıstandan ABŞ-a daxil olan 37 minə yaxın ilk qaçqın qrupunun yerləşdirilməsi üçün ştat qubernatorlarına və ştatların qaçqınlar üzrə koordinatorlara müraciət etməyə başlayıb.

The Associated Press xəbər agentliyinin bildirdiyinə görə, Dövlət Departamenti Əfqanıstan qaçqınlarının Yerləşdirmə və Yardım proqramına əsasən Kaliforniyanın başqa ştatlardan daha çox - 5200 nəfəri qəbul edəcəyini proqnozlaşdırır.

ABŞ Alabama və Mississippi ştatlarının hər birinin 10 nəfəri qəbul edəcəyi gözlənilir. ABŞ-ın evakuasiya etdiyi ilk qrupdan olan qaçqınların Havay, Cənubi Dakota, Qərbi Virciniya, Vayominq ştatları və Kolumbiya mahalına da məskunlaşması gözlənilir.

Administrasiya Konqresdən Əfqanıstandan olan qaçqınların bu ayın sonuna qədər ABŞ-a 65 000, 2022-ci ilin sentyabrınadək isə 95 000 nəfərin köçürülməsi üçün maliyyə yardımı istəyib.

Prezident Co Baydenin doğulduğu Delaver ştatının keçmiş qubernatoru Cek Markelin Əfqanıstandan evakuasiya olunanların ABŞ-a köçürülməsinə müvəqqəti olaraq koordinasiya etməsini istəyib.

ABŞ tarixən ən çox əfqan qəbul edən dövlətdir. Məlumatlara görə, son 20 ildə Kaliforniya, Merilend, Texas və Virciniya ştatları da daxil olmaqla, ABŞ yenə də qaçqınları qeyri-mütənasib sayda qəbul edir. Qaçqınların çoxu Kolumbiya mahalının yanındakı Merilend, şimali Virciniya və ölkəninən bahalı mənzil bazarlarından biri olan Kaliforniya ştatında məskunlaşıb.

ABŞ-ın adlarının açıqlanmasını istəməyən iki rəsmisi yeni evakuasiya olunanların çoxunun bu ştatlarda ailələri və yaxınları olduğu üçün həmin ştatlara yerləşdirilmələrini istədiklərini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG