Accessibility links

Əfqanıstanda prezidentliyə namizəd Abdulla səslərin hesablanmasını dayandırmağa çağırır


Əfqanıstanda prezidentliyə namizəd Abdulla Abdulla seçki komissiyasına artıq etibar göstərmədiyini deyərək, seçki pozuntuları ilə iddialara görə şənbə günü prezident seçkisinin ikinci turunda səslərin hesablanmasının dayandırılmasına çağırıb.

Mətbuat konfransında danışan Abdulla deyib: “Bizdə legitim seçki keçirilmədiyinə dair daha çox dəlil var. Seçki qutularına bülletenlərin salınması və müşahidəçilərin öz işlərini görməyə mane olmaq kimi hallar baş verib. Təəssüf ki, bütün əfqanların hüquqları tapdanıb.”

Abdulla Abdulla yeddi milyon seçicinin səsvermədə iştirak etdiyinə dair iddialara şübhə ilə yanaşdığını deyərək, prezident Həmid Karzainin seçkini qərəzsiz izləmədiyini əlavə edib.

O, seçki rəsmilərinin səslərin hesablanmasını dərhal dayandırmasını istəyib.

Abdulla Abdulla onun ofisinin seçki komissiyası ilə əlaqələri kəsddiyini bildirib. Əfqanıstanın seçki komissiyası iyulun 2-ə qədər səsvermənin ilkin nəticələrini açıqlamalıdır.

Keçmiş xarici işlər nazirinin açıqlamaları ölkədə siyasi böhranın yaranmasına gətirib çıxara bilər.

Abdulla Abdullanın seçkinin ikinci turunda rəqibi Dünya Bankının keçmiş rəsmisi Əşrəf Qani olub. Hər iki namizəd prezident Həmid Karzainin kabinetində vəzifədə olub.

Şənbə günü səsvermənin ikinci turundan sonra hər iki namizəd seçki pozuntularının olduğunu bildirib.

Seçki şikayətlərinə dair komissiyanın sözçüsü Naderi Mohsini də seçki pozuntuları ilə bağlı çox sayda məlumatın daxil olduğunu deyib.
XS
SM
MD
LG