Accessibility links

Bamyanın qadın sürücüləri


Bamyanın qadın sürücüləri
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Bamyanın qadın sürücüləri

Bu yaxınlarda Əfqanıstanın Bamyan əyalətində yerli yol polisi tərəfindən testlərdən keçdikdən sonra onlarla qadın sürücülük vəsiqəsi alıb.

Əfqanıstanın mərkəzi əyaləti olan Bamyan özünün 2001-ci ildə Talibanın dağıtdığı iki tarixi Budda heykəli ilə məşhurdur. O vaxtdan sonra Taliban devrildi və Bamyan ölkənin ən təhlükəsiz əyalətlərindən birinə çevrildi. Təhlükəsizlık şəraitində yaşayan yerli sakinlər hazırda azadlıq və inkişafdan zövq alır.

Səkkiz həftəlik təlim proqramını başa vurduqdan sonra Bamyanda ilk dəfə 58 qadın sürücülük vəsiqəsi alıb. Arezu Rezayi: “Mən çox xoşbəxtəm. Avtomobil sürmək vacibdir. Hər kəs bunu öyrənməli və öz qanuni haqlarından istifadə etməlidir.”

“Bizim cəmiyyət ənənəvidir. Ola bilsin çoxları bunu yaxşı qarşılamır. Lakin xoşbəxtlikdən burada, Bamyanda bununla bağlı problem azdır” deyə, yeni sürücü Fatimə Həsəni bildirir.

Əfqanıstan kimi mühafizəkar bir ölkədə daha çox din xadimlərinə hörmət edilir və əksər hallarda qadınların musiqi ilə məşğul olmasına qarşı çıxdıqları halda, belə görünür sürücülük daha rahat qəbul edilir. Dindar İbrahim Xəlili: "İslam hicabına riayət etdikləri müddətdə qadınların maşın sürməsində heç bir problem yoxdur."

Bamyanda 100-ə qədər qadın avtomobil sürür və onlar getdikcə daha yaxşı gələcəyə ümid edir. Yeni sürücü Hakimə Əkbəri: “Mən avtomobil sürərkən qürur hissi duyuram. Biz qadın olaraq avtomobil sürmək imkanım olduğu üçün çox şadam.”

Bayman sakini Əbdül Rauf Vahidi: “Qadınların maşın sürməsi yaxşı bir şeydir. Bu, inkişaf və tərəqqi deməkdir. Digər ölkələrdə qadınlar pilot, həkimdır, qadınların maşın sürməsində problemim yoxdur. Düşünürəm ki, onlar həqiqətən yaxşı sürücüdürlər. Çox səbrlə sürürlər. "

Müəllimlər qadınların avtomobil sürməyi öyrənməyə can atdıqlarını deyirlər. Yol Polisi İdarəsindən Seyid Şir Hüseyn Çamran: "İlin əvvəlindən hazırladığımız bu qadınlar qrupu ən ağıllı və ən maraqlısıdır."

Bamyan yol polisi sürücülük kurslarına gələn qadınların sayının qarşıdakı ildə xeyli artacağını düşünür.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG