Accessibility links

Əfqanıstanda müharibə nəticəsində 26,000-dən çox uşaq ya ölüb, ya da yaralanıb


Beynəlxalq xeyriyyə təşkilatının bildirdiyinə görə, Əfqanıstanda son 14 il ərzində davam edən müharibədə hər gün orta hesabla 5 uşaq ölüb və ya yaralanıb.

Save the Children təşkilatı bazar ertəsi açıqladığı hesabatında Cənubi Asiyanın bu ölkəsinin dünyada uşaqlar üçün ən təhlükəli 11 ölkəsi arasında olduğunu qeyd edib.

"2005-2019-cu illər arasında Əfqanıstanda azı 26.025 uşaq ölüb və ya şikəst qalıb", Əfqanıstana donor ölkələrin humanitar yardımı ilə bağlı Cenevrədə keçiriləcək konfrans ərəfəsində yayımlanan hesabatda bildirilib.

Hesabatda deyilir ki, 2017-2019-cu illər arasında Əfqanıstanda 300-dən çox məktəb hücumlara məruz qalıb, azı 410 şagird və uşaq yaralanıb və ya öldürülüb.

Xeyriyyə təşkilatı donor dövlətləri təhsil sahəsində, xüsusilə qızlar üçün təhsilə maliyyəni artırmağa, eyni zamanda məhdud imkanlı və digər həssas qrupların maraqlarını qorumağa çağııb.

"Təsəvvür edin hər gün övladınızın intihar hücumu və ya hava zərbələri nəticəsində ölə biləcəyi kimi daim qorxu içərisində yaşayırsınız" - deyə, Save the Children təşkilatının Əfqanıstan şöbəsinin direktoru Kris Nyamandi bildirib.

"Bu, Əfqanıstanda övladları öldürülən və ya yaralanan on minlərlə valideyn üçün acınacaqlı bir gerçəklikdir" - deyə, o əlavə edib.

BMT 3.7 milyon uşağın, yəni Əfqanıstanda ibtidai məktəb yaşlı uşaqların yarısının məktəbdə getmədiyini təxmin edir. Təşkilat təhsil almayan məktəb yaşlı uşaqların təqribən 60 faizinin qızlar olduğunu bildirib.

Nyamandi koronavirus pandemiyasının Əfqanıstanda xüsusilə uşaqlar üçün humanitar ehtiyacları artırdığını deyib.

"Bu həftə keçirilən konfrans donor hökumətlərin Əfqanıstana və orada milyonlarla uşağa hər zaman olduğundan daha çox ehtiyac duyulan dəstəyi təsdiqləməsi üçün mühüm bir məqamdır" - deyə, Nyamandi bildirib.

Əfqanıstanda son aylar zorakılıqların artması hər gün onlarla hərbçi və mülki vətəndaşın ölümü və yaralanması ilə nəticələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG