Accessibility links

ABŞ dronu Əfqanıstanda azı 30 mülki vətəndaşın ölümünə səbəb olub


Rəsmilər Birləşmiş Ştatların pilotsuz təyyarəsinin İslam Dövlətinin Əfqanıstandakı gizli mövqeyini hədəf alarkən tarlalarda işini bitirdikdən sonra dincələn azı 30 nəfərin öldüyünü bildirib.

Reuters xəbər agentliyinin Əfqanıstanın üç rəsmisinə istinadən bildirdiyinə görə, çərşənbə günü gecə ölkənin şərqi Nanqarhar vilayətinin Vəzir-Tangi bölgəsindəki tarlaya səhvən edilən hücum zamanı azı 40 nəfər yaralanıb.

"Pilotsuz təyyarə kəndliləri birlikdə tonqal başında oturarkən hədəf alıb" - deyə, Vəzir-Tangidən qəbilə başçısı Malik Rahat Gül telefonla Reuters-ə bildirib.

Əfqanıstanın Müdafiə Nazirliyi və Birləşmiş Ştatların Kabildəki yüksək səviyyəli rəsmisi pilotsuz təyyarənin hücumu ilə bağlı məlumatı təsdiqləsə də, mülki vətəndaşlar arasındakı itkilərlə bağlı məlumat verməyib.

XS
SM
MD
LG