Accessibility links

Əfqanıstanda generalın qətli seçkilərin təxirə salınmasına səbəb oldu


Əfqanıstanda yüksək rütbəli hərbi komandir də daxil olmaqla iki dövlət rəsmisinin öldürülməsindən sonra seçki komissiyası ölkənin cənub əyaləti Qəndəharda parlament seçkilərinin vaxtını bir həftə ləngidib.

Barışığın yerli əfqan rəhbərliyi altında baş tutması fikrində qalırıq.
Cim Mattis, ABŞ Müdafiə naziri

Şənbə günü keçirilməsi planlaşdırılan seçkilər qurbanlar üçün anım mərasimlərinə hörmət əlaməti olaraq təxirə salınıb.

Polis komandiri general Əbdül Raziq cümə axşamı ABŞ-ın yüksək rütbəli generalının Əfqanıstana səfəri zamanı güllələnib.

Amerikalı general Skot Miller xəsarət almayıb.

ABŞ Müdafiə Naziri Cim Mattis bildirib ki, Əfqanıstanın cənubunda polis generalnın öldürülməsi ilə ölkənin təhlükəsizliyini əsaslı şəkildə zəiflətmək mümkün deyil.

"Barışığın yerli əfqan rəhbərliyi altında baş tutması fikrində qalırıq. Bunu kimin törətdiyini öyrənməliyik, amma indi biz seçkilərə doğru irəliləyirik və əfqan xalqını qorumaqda davam edəcəyik," General Mattis deyib

Taliban həm Raziqə, həm də ABŞ generalına ünvanlanan hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Raziqin öldürülməsi ABŞ ordusunun ölkənin ikinci ən böyük bazası olan Qəndəharda Talibanla mübarizəyə ciddi bir zərbə kimi qiymətləndirilir.

XS
SM
MD
LG