Accessibility links

Taliban Əfqanıstanda mərkəzi seçki komissiyasının qərargahına hücum edib



Taliban qüvvələri Əfqanıstanında gələn həftə keçiriləcək prezident seçkisindən öncə silsilə hücumları davam etdirərək, mərkəzi seçki komissiyasının qərargahına hücum edib.

Əfqanıstan rəsmiləri Taliban yaraqlılarının mətbuat konfransının başlamasından öncə Kabildə müstəqil seçki komissiyasının qərargahında partlayışlar törətdiyini bildiriblər.

Şahidlərin sözlərinə görə, seçki rəsmiləri güclü müdafiə olunan binanın xüsusi sığınacağında gizləniblər.

Kabil şəhər polis idarəsinin sözçüsü Amerikanın Səsinə müsahibədə hücum zamanı beş yaraqlının öldürüldüyünü, bunun nəticəsində yaraqlılar və təhlükəsizlik qüvvələri arasında atışmanın baş verdiyini bildlirib. Atışma zamanı iki polis işçisi yaralanıb.

Əfqanıstanın Daxili İşlər nazirliyinin sözçüsü Amerikanın Səsinə yaraqlıların seçki mərkəzinə hücumu qonşu evlərdən birindən təşkil etdiyini bildirib.

Şahidlər yaraqlıların əfqan qadınlarının ənənəvi üst geyimi olan bürqə geydiklərini bildiriblər.

Taliban aprelin 5-i Qərbin şousu adlandırığı prezident seçkisinə mane olmaq üçün zorakılıq kampaniyası keçirməyə söz verib.
XS
SM
MD
LG