Accessibility links

Əfqanıstanda toy mərasiminə silahlı hücum olub


Rəsmilərin bildirdiyinə görə, Əfqanıstanın şərq bölgəsində keçirilən toy mərasiminə silahlı hücum zamanı 5 nəfər ölüb, 15 nəfər yaralanıb. Hücumçunun hadisə yerindən qaçdığı bildirilib.

Bazar günü Xost əyalətində həyata keçirilən hücumun səbəbi məlum deyil.

Paskistanla sərhəddəki bu bölgədə Taliban və digər militant qrupların fəaliyyət göstərməsinə baxmayaraq, toy mərasimlərinə hücumlar nadir hallarda olur.

Rəsmilər bu bölgədə qəbilələr arasında rəqabətin də olduğunu deyir.

Əfqanıstandan alınan digər xəbərdə deyilir ki, Laqman əyalətində minomyotun partlaması nəticəsində azı 7 uşaq ölüb, 10-u yaralanıb. Rəsmilər hadisənin əyalətin paytaxtı Mehtarlam yaxınlığında uşaqlar partlayıcı qurğu ilə oynayarkən baş verdiyini bildirib.

Hökumət sözçüsü Əsədulla Dövlətzay hazırda uşaqların minomyotu necə tapdığı və qurğunun nə səbəbdən partladığı üzərində təhqiqat aparıldığını deyib. O, qurbanların 15 yaşdan aşağı uşaqlar olduğunu bildirib.

XS
SM
MD
LG