Accessibility links

İran sərhədçiləri tərəfindən çaya atılan 17 miqrantın cəsədi aşkar edilib


Əfqanıstan hökumətinin cümə axşamı bildirdiyinə görə, İran sərhədində çaya atılan daha 12 miqrantın cəsədi aşkar edilib. Bununla İranın sərhəd keşikçilərinin ölkəyə girmələrini dayandırmağa çalışdıqları miqrantlar arasında ölənlərin sayı 17-yə çatıb.

İran ona qarşı irəli sürülən ittihamları rədd edib. Bu, ticari, iqtisadi və mədəni əlaqələri bölüşən iki qonşu ölkə arasında diplomatik böhrana səbəb olub.

Əfqan rəsmiləri və sağ qalanlar Herat vilayətindən İrana keçməyə çalışan təxminən 50 nəfərdən ibarət bir qrupun İran sərhədçiləri tərəfindən nəzarət altına alındığını, daha sonra isə miqrantların İran, Əfqanıstan və Türkmənistan arasındakı Hərirud çayına atıldıqlarını deyirlər.

“50 əfqan çaya atılıb. İndiyə kimi cəmi 17 cəsəd tapılıb” - deyə, Herat vilayəti Gülran mahalının valisi Qəni Nuri cümə axşamı bildirib.

Nuri bazar günü Harirud çayından 5 cəsədin çıxardığını bildirmişdi. Cümə axşamı isə o deyib ki, ilkin araşdırmaların nəticələri miqrantların İranın Zülfiqar adlanan ərazisində çaya silah gücünə atılıb.

İran Xarici İşlər Nazirliyi şərh verməyib.

Hadisədən bir gün sonra İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musavi hadisənin Əfqanıstan ərazisində baş verdiyini bildirib.

"İran İslam Respublikasının sərhədçiləri bu ilə əlaqəli hər hansı bir hadisənin ölkəmizin torpaqlarında baş verməsini təkzib etdilər" , dedi.

İran əsasən də Herat vilayətindən olmaqla, ölkədə həm qanuni, həm də sənədsiz 2,5 milyona yaxın əfqanıstanlı miqrantın olduğunu deyir.

XS
SM
MD
LG