Accessibility links

Kabilin şiələrin əksəriyyət təşkil etdiyi məhəlləsində bomba hücumu olub


Cümə axşamı Əfqanıstanın paytaxtının şiələrin əksəriyyət təşkil etdiyi məhəlləsində mikroavtobusu hədəf alan bomba hücumu zamanı azı dörd nəfərin öldüyü bildirilib.

Hücumun məsuliyyətini heç kim öz üzərinə götürməyib. Polis sözçüsü Ferdavs Fəramərz hücumun Kabilin qərbində baş verdiyini bildirib. Bu bölgədə əsasən şiə müsəlmanlardan ibarət olan azlıqdakı hazara etnik qrupu məskunlaşıb.

İslam Dövləti qrupu çərşənbə axşamı azı 10 nəfərin ölümü ilə nəticələnən iki mikroavtobusa hücum da daxil olmaqla, oxşar bomba hücumları həyata keçirib.

Şiələr əksəriyyəti sünni Əfqanıstanda azlıq təşkil edir və İslam Dövləti qrupunun yerli qolu onlara qarşı müharibə elan edib. İslam Dövləti çərşənbə günü gecə verdiyi açıqlamasında çərşənbə axşamı bir elektrik stansiyasını da partlatdığını və Kabilin böyük hissəsini işıqsız qoyduğunu bildirib.

ABŞ-ın Əfqanıstanda qalan 2500-3500, NATO-nun isə 7000 əsgəri qüvvəsini çıxarmağa davam etdiyi bir vaxt ölkədə xaos və zorakılıq da artmaqda davam edir. Qoşunlar ən gec sentyabrın 11-nə qədər tam çıxarılmalıdır.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə axşamı hərbi qüvvələrin çıxarılmasının 30-44% arasında tamamlandığını və 6 obyektin artıq Əfqanıstan təhlükəsizlik qüvvələrinə təhvil verildiyini, yaxın günlərdə və həftələrdə daha çox bazanın təhvil veriləcəyini bəyan edib.

Keçən həftə CENTCOM artıq ordunun 25%-ə qədərinin çıxarıldığını bildirmişdi. Vaşinqtonda qanunvericilər qarşısında ifadə verən müdafiə naziri Lloyd Ostin hərbi qüvvələrin Əfqanıstandan çıxarılma prosesinin planlaşdırıldığından "bir az sürətli" irəlilədiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG