Accessibility links

Əfqanıstanın tanınmış jurnalisti qətlə yetirilib


Əfqanıstanın tanınmış jurnalisti bazar ertəsi axşam şərqi Qəzni vilayətində naməlum silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Yerli polis idarəsinin sözçüsü Amerikanın Səsinə vilayətin Jurnalistlər Birliyinin rəhbəri Rəhmatulla Nikzadın hücuma Qəznidəki evinin yaxınlığında məruz qaldığını bildirib.

Öldürülən müxbirin bir neçə xarici media orqanı ilə əlaqədə olduğu deyilir.

Yerli jurnalist Feysal Navid Amerikanın Səsinə sinəsindən üç güllə yarası alan Nikzadın xəstəxanya çatdırıldığını və həkimlərin onun öldüyünü elan etdiyi deyib.

Nikzad son iki ayda Əfqanıstanda öldürülən beşinci və bu il isə qətlə yetirilən yeddinci jurnalistdir. Onun ölümünün məsuliyyətini üzərinə götürən olmayıb.

Taliban tez bir zamanda qətli qınadığını bildirib və Nikzadın qiyamçı qrupla yaxşı əlaqədə olduğunu deyib.

Qlobal media nəzarətçiləri Əfqanıstanın jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri olduğunu deyir. Onlar dəfələrlə hökuməti medianı qorumaq üçün təsirli tədbirlər görməyə, jurnalistlərə qarşı cinayətlərin arxasında duranları araşdırmağa və mühakimə etməyə çağırıb.

Jurnalistlərin Müdafiəsi Komitəsinin bildirdiyinə görə, son 10 ildə Əfqanıstanda 30-dan çox jurnalist öldürülüb.

XS
SM
MD
LG