Accessibility links

Kabil Universitetinə silahlı hücum olub


Bazar ertəsi səhər saatlarında bir neçə silahlı şəxsın Kabil Universitetinə daxil olaraq, atəş açması tələbə və müəllim heyətini qaçmağa məcbur edib,universitetdə xaos yaradıb. Əfqanıstanın Tolo televiziya kanalının Twitter-ə yerləşdirdiyi videoda arxa planda atəş səsləri gəldiyini və çaşqın vəziyyətdəki tələbələrin qaçmağa çalışdıqlarını görmək olub.

“Mən və tələbələrim universiteti tərk etməyə çalışdıq. Vəziyyət çox gərgin idi. Hamı qaçırdı” - deyə, adının açıqlanmasını istəməyən bir professor bildirib.

Təhlükəsizlik qüvvələri qısa müddətdə ərazini mühasirəyə alıb. Universitetin ətrafında təhlükəsizlik qüvvələrinin bir neçə zirehli maşınını görmək olub. Daxili İşlər Nazirliyinin sözçüsü Tarik Arian təhlükəsizlik qüvvələrinin universitetdə axtarış apardığını, lakin mülki vətəndaşlar arasında itkilərin qarşısını almaq üçün yavaş hərəkət etdiyini deyib.

Şahidlər bir neçə silahlı şəxsin universitet şəhərciyində tələbələri atəşə tutduqlarını gördüklərini deyib. Daxili İşlər Nazirliyi səkkiz nəfərin yaralandığı barədə məlumtı təsdiqləyib.

Ali Təhsil Nazirliyinin sözçüsü Hamid Obeydinin dediyinə görə, tələbə, işçivə müəllim heyətinin əksəriyyəti evakuasiya edilib. Təhlükəsizlik işçiləri universitetdən qaçanlara su paylayıb və yaralıların təcili yardım maşınlarına yerləşdirilməsinə yardım edib.

Bununla yanaşı Tolo xəbər agentliyi bəzi tələbələrin silahlı şəxslərin hələ də universitetin içində olduğunu dedikləri videoları paylaşıb.

Əfqanıstan Talibanı hücuma görə məsuliyyəti rədd edib.

Hücumun səbəbi bəlli olmasa da, bazar ertəsi universitetdə Əfqan-İran kitab sərgisinin açılışı olub. Bir neçə yüksək səviyyəli Əfqanıstan rəsmisinin və İranın Əfqanıstandakı səfirinin sərgidə olacağı gözlənilirdi. Hücum zamanı hər hansı bir rəsminin universitet şəhərcikdə olub-olmadığı məlum deyil.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG