Accessibility links

Əfqanıstanlı qaçqınlar Kanadaya COVID-in dördüncü dalğasının yüksək həddə çatdığı bir vaxt gəlib


Avqust ayında Əfqanıstan hökumətinin süqutundan və Talibanın hökumətin nəzarətini əlinə almasından az sonra Kanada hökuməti əvvəlcə 40 min qaçqını qəbul edəcəyini bəyan etdi.

Təxliyə Əfqanıstanda xaos və Kanadada COVID-19 pandemiyasının dördüncü dalğasının yüksək həddə çatdığı bir vaxt baş verib. Kanada torpağına qədəm qoyan ilk qaçqınlar dərhal Toronto şəhərindəki beş oteldən birində 14 günlük karantinə alınıb. Daha sonra onlara COVID-19 peyvəndi vurulub. İndi onlar Kanadanın müxtəlif bölgələrinə köçürülür.

Kris Frezen hökumətin maliyyələşdirdiyi "British Columbia İmmiqrant" təşkilatında baş məmurdur. Frizen 30 il Kanadadakı mühacirlərə və qaçqınlara kömək edib və əfqanıstanlı qaçqınlara yardımın tamamilə başqa çür olduğunu deyir.

"Əfqanıstan hərəkatı ilə digər hərəkatlar arasındakı fərq kanadalıların, xüsusən də silahlı qüvvələrin uzun illər Əfqanıstanda olması faktıdır. Onların əfqanlar və Əfqanıstanla xüsusi əlaqəsi var" - deyə, Frezen bildirib.

Frezen əfqanıstanlı qaçqınların çoxunun ölkəni tələsik tərk etdiyi və özləri ilə bir çox sənəd götürmədikləri üçün böyük çətinliklərlə üzləşdiklərini, Kanadaya gəlməmişdən əvvəl heç bir sənədin qeydiyyatdan keçmədiyini deyib.

Torontoda karantin zamanı əfqan qaçqınlara notbuk və ya planşet verilib. Bu, Kanadanın immiqrasiya işçilərinin qaçqınlara uzaqdan ingilis dili dərsləri keçirməyə və uşaqların təhsili üçün proqramlar təklif etmələrinə imkan verib.

Qaçqınlar arasında hazırda ailəsi ilə birlikdə Vankuverdə yaşayan Ədbül də var. O, Əfqanıstanda qalan qohumlarını qorumaq üçün adının tam açıqlanmasını istəməyib.

O, 45 ildən çox Əfqanıstanda yaşayıb və Kabildə jurnalist olub. 20 ildən çox həm Əfqanıstan, həm də Amerika mətbuat orqanlarında işləyən Əbdül Talibanın jurnalistlərlə pis rəftar etdiyini nəzərə alaraq, peşəsinin risk qarşısında olduğunu deyib.

"Düşünürəm ki, həyatım təhlükədə idi. Nəinki, mənim həyatım, mənim üzümdən ailəmin həyatı təhlükədə idi. Ailəm burada təhlükəsizdir və uşaqlarımın gələcəyinin bir şəkildə müəyyən edilməsi mənim üçün çox vacibdir" - deyə, Əbdül bildirib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG