Accessibility links

Əfqanıstanın sabiq prezidenti ABŞ-ın uğursuzluğundan danışıb


Əfqanıstanın keçmiş prezidenti bazar günü Associated Press agentliyinə verdiyi müsahibədə bildirib ki, ABŞ ekstremizmə qarşı mübarizə aparmaq və müharibədən sarsılmış ölkəsinə sabitlik gətirmək üçün gəlsə də, təxminən 20 il sonra hər ikisində də uğursuzluğa düçar olub.

Həmid Kərzay ABŞ və NATO əsgərlərinin "həmişəlik müharibəni" bitirərək getmələrindən sonra ekstremizmin “ən yüksək həddə” olduğunu və gedən qoşunların arxasında bir fəlakətin qaldığını bildirib.

“Beynəlxalq ictimaiyyət buraya 20 il əvvəl ekstremizmə qarşı mübarizə və sabitlik gətirmək məqsədi ilə gəlmişdi ... lakin ekstremizm bu gün ən yüksək həddədir. Beləliklə, uğursuz oldular” - deyə, Kərzai bildirib. O əlavə edib ki, onların mirası indi "tam rüsvayçılıq və fəlakət"-in məhv etdiyi ölkə olub.

"Biz əfqanlar olaraq bütün uğursuzluqlarımızı anlayırıq, bəs buraya daha böyük qüvvlər və güclə gələnlər dəqiq olaraq hansı məqsəd üçün gəlmişdi? İndi bizi harada tərk edirlər" - deyə, sual edən Kərzayi cavab olaraq deyib ki, "tam rüsvayçılıq və fəlakət".

13 illik hakimiyyəti dövründə ABŞ-la ziddiyyətli bir münasibət quran Kərzay yenə də Əfqanların böyük bir barış istəyi arxasında birləşdiyini və gələcəkləri üçün məsuliyyəti öz üzərlərinə götürmələri olduğunu deyərək qoşunların çıxmasını istəyib.

"Onların hərbi iştirakı olmadan vəziyyətimiz daha yaxşı olacaq" deyən Kərzay “düşünürəm ki, öz ölkəmizi qorumalı və öz həyatımıza baxmalıyıq ... Onların varlığı indi sahib olduğumuzu bizə verdi... Qarşılaşdığımız bu səfalət və laqeydliklə davam etmək istəmirik. Onların getməsi Əfqanıstan üçün daha yaxşıdır" bildirib.

Kərzayinin hakimiyyəti 2001-ci ildə ABŞ rəhəbərliyi ilə koalisiya qoşunlarının 9 sentyabr hücmununda ittiham olunan Usama bin Ladenin Əl-Qaidə terror şəbəkəsinin hədəf alınması və Talibanın devrilməsindən sonra başlamışdı.

Kərzayinin hakimiyyəti dövründə qadınlar yenidən cəmiyyətdə söz sahibi olmuş, qızlar yenidən məktəbə getmişdi, canlı, gənc bir vətəndaş cəmiyyəti yaranmışdı, paytaxt Kabildə yeni çoxmərtəbəli binalar, yollar və infrastruktur inşa edilmişdi. Onun hakimiyyəti həm də geniş yayılmış korrupsiya, çiçəklənən narkotik ticarəti və Vaşinqtonla bu günə qədər davam edən amansız mübahisələrlə də xarakterizə olunurdu.

Kərzay bildirib ki, "(ABŞ / NATO hərbi) qüvvələrinin mübarizəsi ekstremizmə və terrorizmə qarşı deyildi, kampaniya daha çox əfqan kəndlərinə və ümidlərinə qarşı idi; Əfqan xalqını həbsxanalara salmaq, öz ölkəmizdə həbsxana yaratmaq ... və bütün kəndləri bombalamaq. Bu çox səhv idi".

Aprel ayında Prezident Co Bayden son qalan 2500-3500 əsgərin də ölkədən çıxarılacağını və elan edilmiş hədəflərə çatıldlığını bildirib. Əl-Qaidə kiçildilib, Bin Laden öldürülüb. Amerikanın bundan sonra Əfqanıstandan qaynaqlana biləcək terror təhdidlərinə qarşı mübarizə aparmaq üçün qoşun saxlamağa ehtiyacı yoxdur.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG