Accessibility links

Əfqanıstanda COVID-19-a yoluxma halları 684 faiz artıb


Beynəlxalq Xilasetmə Komitəsinin bazar ertəsi bildirdiyinə görə, may ayında Əfqanıstanda COVID-19-a yoluxma halları 684 faiz artıb.

"Ölkədə testlərin son dərəcə az olması çoxlarında virusun təyin edilməməsi deməkdir" - deyə, komitə bildirib.

Beynəlxalq Xilasetmə Komitəsi on illərlə davam edən qarşıdurmadan sonra milyonlarla əfqanın ərzaq çatışmazlığı ilə üzləşdiyini, hazırda isə COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi böhranın Əfqanıstanı humanitar fəlakət qarşısında qoyduğunu deyib.

Rusiya bazar ertəsi COVID-19-a yeni 9,035 yoluxma halının olduğunu bildirib. Lakin ABŞ və Braziliyada yoluxanların sayı Rusiyadan daha çoxdur.

Cənubi Afrikada məktəblərin bazar ertəsi açılmasını planlaşdırılmışdı, lakin son anda bu qərar ləğv edilib.

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa Tvitter səhifəsində "məktəblərin hər birinin hazırlıq səviyyəsinə dair şəffaflığa ehityac olduğunu" yazıb.

Bazar günü Ağ Ev koronavirusla mübarizəyə yardım etmək üçün Braziliyaya iki milyon doza hidroksiklorokin çatdırdığını elan edib.

ABŞ və Braziliyada yoluxma halları dünyanın hər yerində olduğundan daha çoxdur. Con Hopkins Universitetin məlumatına görə, ABŞ-da 1.7 milyon, dünyada virusun ən çox yayıldığı ölkələrindən birinə çevrilən Braziliyada isə 514 mindən çox halı təsdiqlənib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG