Accessibility links

Əfqanıstanda azı 70 jurnalist koronavirusa yoluxub


Qlobal media haqları müdafiəçisinin cümə günü bildirdiyinə görə, Əfqanıstanda azı 70 jurnalist koronavirusa yoluxub. Bununla illərdir davam edən zorakılıq və terrorizmə səhnə olan ölkədə problemlər daha da artıb.

Fransada RSF kimi tanınan Sərhədsiz Reportyorlar təşkilatı Əfqanıstan rəsmilərinin müharibə şəraitində olan ölkədə mart ayından bəri COVID-19-a yoluxanların sayının 19 minə çatdığını, 300-dən çox insanın isə öldüyünü təsdiqlədiyi bildirib.

“RSF-in əldə etdiyi məlumata görə, martın sonundan etibarən COVID-19-a azı 70 əfqan jurnalisti yoluxub. Bu isə o deməkdir ki, Əfqanıstanda jurnalistlər koronavirus pandemiyasından digər ölkələrin media işçilərindən daha çox zərər görüblər" - deyə, məlumatda bildirilib.

Baş qərargahı Fransada yerləşən təşkilat keçən həftənin Əfqanıstanın media işçiləri üçün ölümcül olduğunu bildirib. İki jurnalist İslam Dövlətinin məsuliyyətini üzərinə götürdüyü bomba hücumu zamanı, digər iki jurnalist isə COVID-19-dan həyatını itirib.

Məlumatda "Kabil bölgəsində virusa yoluxmuş 50-yə yaxın jurnalist ya pullarının olmaması, ya da tibbi avadanlığın olmaması səbəbindən lazımi müalicə almadıqlarını söyləyir" deyilib.

XS
SM
MD
LG