Accessibility links

Əfqanıstan prezidenti: İŞİD-in bütün sığınacaqlarını məhv edəcəyik


Müstəqillik Günü münasibətilə prezident sarayında düzənlənən mərasimdə Əfqanıstan Prezidenti Əşrəf Ğani fəxri qarovulu qəbul edir. 19 avqust, 2019.
Müstəqillik Günü münasibətilə prezident sarayında düzənlənən mərasimdə Əfqanıstan Prezidenti Əşrəf Ğani fəxri qarovulu qəbul edir. 19 avqust, 2019.

Əfqanıstan prezidenti ölkəsində bütün İslam Dövləti sığınacaqlarını məhv edəcəyini bəyan edib.

Əşrəf Ğaninin bəyanatı Əfqanıstan müstəqilliyinin ildönümündə və 63 adamın ölümü, 183 nəfərin yaralanması ilə nəticələnən toy mərasiminə dəhşətli terror hücumundan iki gün sonraya təsadüf edir.

Şənbə günü axşam baş verən terror hücumuna görə məsuliyyəti İslam Dövləti öz üzərinə götürüb.

Biz vətəndaşlarımızın hər damla qanına görə qisas alacağıq.
Əşrəf Ğani, Əfqanıstan prezidenti

Prezident Ğani deyib ki, hücuma görə Taliban da məsuliyyət daşıyır. Belə ki, bu qruplaşma illər boyu məktəblər, məscidlər və başqa ictimai yerlərdə hücumlar törədib. Onun sözlərinə görə, terorristlər məhz Talibanın yaratdığı platformadan istifadə edərək terror hücumları törədirlər.

Taliban rəhbərliyi hücumu pisləyib. Qrupun sözçüsü bildirib ki, "qadın və uşaq da daxil olmaqla mülki vətəndaşlara qarşı belə barbar hücumlar"-a bəraət qazandırıla bilməz.

Terror hücumu ötən illərin mülki vətəndaşları hədəf alan ən qanlı hücumu sayılır.

"Biz vətəndaşların qanının hər damlasına görə qisas alacağıq," deyə Ğani bildirib və beynəlxalq ictimaiyyəti əfqanısana yardım səylərini genişləndirməyə çağırıb.

Əfqanıstan prezidentinin sözlərinə görə, toya edilən hücum “qeyri-bəşəri” bir hərəkətdir və o, bu cür halların qarşısını almaq üçün milli təhlükəsizlik komitəsinin fövqəladə yığınacağnı keçirib.

İslam Dövləti qrupunun "Dubai City" şadlıq evinə etdiyi hücumda çoxu qadın və uşaq olmaqla 63 adam həlak olmuş, 183 nəfər yaralanmışdır. Dəfn mərasimi. 18 avqust, 2019.
İslam Dövləti qrupunun "Dubai City" şadlıq evinə etdiyi hücumda çoxu qadın və uşaq olmaqla 63 adam həlak olmuş, 183 nəfər yaralanmışdır. Dəfn mərasimi. 18 avqust, 2019.

Şənbə günü baş verən terror hücumunun qurbanları azlıqda olan şiə Hazara icmasının üzvləri olub.

Toyda iştirak edən qonaq deyib ki, partlayış bəy və gəlinin kəbini qəbul etdiyi zaman baş verib.

Onların özünə xəsarət dəyməsə də, bəy hücumun “sevinci kədərə” çevirdiyni deyib.

“Bir də həyatımda xoşbəxt olmayacağam,” deyə o bildirib.

XS
SM
MD
LG