Accessibility links

Əfqanıstan prezidenti mübahisəli müdafiə naziri təyin etdiyinə görə qınanır


Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Yani
Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Yani

Qlobal müşahidə qrupu şənbə günü beynəlxalq donorlardan Əfqanıstanın yeni müdafiə naziri Əsədulla Xalidə sanksiyalar tətbiq etməsini tələb edib və onu ciddi insan haqları pozuntuları ilə əlaqələndirən “etibarlı sübutların” olduğunu bildirib.

Daha öncə çaxnaşmaların yaşandığı Qəndahar və Qazni vilayətlərini idarə edən və Əfqanıstanın kəşfiyyat idarəsinin rəhbəri vəzifəsində çalışan müdafiə naziri həmçinin 2007-ci ilin aprel ayında Qəndaharda yol kənarı bomba hücumunda beş BMT işçisinin qətlinə göstəriş verməkdə ittiham olunur.

Qazni, Əfqanıstan
Qazni, Əfqanıstan

Human Rights Watch hesabatında Xalidin təyinatını qınayaraq, bunu prezident Qaninin qarşıdan gələn seçkidə “qısa-müddətli mənfəətlər”əldə etmək üçün “fürsətçi və rəhmsiz”addım adlandırıb.

Təşkilat bu addımın təkcə Kabil deyil, Əfqanıstanın digər böyük donorlarının paytaxtlarında da təşvişə səbəb olmalı olduğunu bildirib.

Əfqanıstan höküməti bu hesabata münasibət bildirməyib.

Tənqidlərin qarşısını almaq üçün rəsmilər Əfqanıstanın Müstəqil İnsan Haqları Komissiyası da daxil olmaqla bir çoxlarını iki həftə öncə Xalidin ölkənin yeni müdafiə naziri olaraq andiçmə mərasiminə dəvət etmişdi.

"Mənim əsgərlərimdən gözləntilərim odur ki, onlar düşmənə qarşı sərt və kobud davransa da, mülki tələfatların sayını azaltmaq üçün əllərindən gələni edəcək və hüquqi və dini öhdəliklərinə müvafiq qaydada müharibə məhbusları ilə yaxşı rəftar edəcək", – deyə, Xalid mərasim zamanı söyləyib.

Hesabatda qeyd edilib ki, prezident Qaninin höküməti Xalidlə bağlı cinayət istintaqı aparmağa həvəssiz görsənir, lakin Birləşmiş Ştatlar və Kanada ona qarşı maliyyə və səyahət sanksiyaları tətbiq etmək hüququna sahibdir.

Avropa İttifaqı və digər donorlar insan haqları pozmaqda tanınan insanı hakimiyyətə gətirməyin qəbuledilməz olduğuna dair mesaj çatdırmaq üçün bənzər sanksiyalar tətbiq etməlidir.

Qəndahar vilayəti, Əfqanıstan
Qəndahar vilayəti, Əfqanıstan

Xalidə qarşı ittihamlar ilk dəfə onun on il öncə qubernatorluq zamanından bəri başlayıb. O zaman minlərlə Kanada qoşunları ABŞ-ın başçılıq etdiyi hərbi koalisiyanın bir hissəsi olaraq əlayətdə yerləşdirilmişdi.

Human Rights Watch bildirib ki, kanadalı diplomat Riçard Kolvid 2009-cu ildə Kanadanın parlament komissiyasının önündə ifadə verib və Xalidin insanların bilərəkdən yoxa çıxmasına habelə özəl həbsxanalarda saxlanmasına göstəruş verdiyini söyləyib. İfadədə həmçinin Xalidin məhbuslara şəxsən özünün işgəncə verdiyi də qeyd olunub.

XS
SM
MD
LG