Accessibility links

Qəzni yetimxanasında


Qəzni yetimxanasında
please wait

No media source currently available

0:00 0:01:42 0:00

BMT-nin hesablamalarına görə, Əfqanıstanda təxminən 1,6 milyon kimsəsiz uşaq var. Bəzi uşaqlar narkotik maddələr səbəbindən yetim qalsalar da, əksəriyyəti davam edən müharibədə valideynlərini itirdiyinə görə yetimdir.

Əfqanıstan kimi müharibə şəraitində olan bir ölkədə təqribən 1,6 milyon yetim uşaq əmi, dayı, nənə və ya digər ailə üzvləri tərəfindən saxlanır. Bəzi hallarda isə evsiz-eşiksiz, kimsəsiz uşaqların yaşamaq üçün mübarizə aparmağa belə imkanları olmur.

Qəzni vilayətindəki Mərkəzi Uşaq Evi müharibə səbəbindən yetim qalmış və ya valideynləri tərəfindən tərk edilmiş təxminən 50 uşağın sığınacağıdır. Dövlət tərəfindən maliyyələşdirilən bu uşaq evi uşaqlara sığınacaq, yemək və təhsil verir. Yetimxananın müəllimi Əhməd Cavid: "Hazırda tətil olduğu üçün gələn ilin oxu və yazı planlarını hazırlayırıq."

Uşaqlar deyirlər ki, burada olmaq onların başına gələn ən yaxşı şeydir. "Əvvəllər bir kənddə yaşayırdım. Həyatımız pis idi. Əmim məni burada qeydiyyata saldıqdan sonra həyatım düsəldi" deyə, Hafizulla Əli adlı yetim uşaq bildirir.

Dogər bir yetim uşaq isə "Biz sülh istəyirik. Burada bu il müharibədə atalarını və ailələrini itirən dostlarımız var" deyir.

Bu uşaq evindəki uşaqlar xoşbəxt görünür. Lakin rəsmilər onların gördükləri və yaşadıqlarından əziyyət çəkdiklərini deyir. Qəzni vilayəti Yetimxanalar Mərkəzinin başçısı Əli Baba Ruhin: "Burada bizə peşəkar həkimlər də lazımdır. Müəllimlərimiz onlara sevgi və qayğı göstərir və biz bu dəhşətlər görmüş insanların yaxşılaşdıqlarını görürük."

Qəzni ətrafında minlərlə, Əfqanıstan boyu isə daha çox yetim uşağln olmasına baxmayaraq, Qəznidəki bir dəfəyə 50 uşaq qəbul edən Mərkəzi Yetimlər Evinin rəsmiləri bacardıqları qədər yardım göstərdiklərini deyirlər.

XS
SM
MD
LG