Accessibility links

Əfqanıstanda qadın jurnalistlər hələ də gender ayrı-seçkiliyi ilə üzləşir


Əfqanıstanda qadın jurnalistlər hələ də gender ayrı-seçkiliyi ilə üzləşir
please wait

No media source currently available

0:00 0:01:44 0:00

Əfqanıstanda qadınlar bir çox sahələrdə inkişaf edir və cəmiyyətlərinə fəal şəkildə xidmət edir. Lakin Əfqanıstanın şimalındakı Məzari Şərif şəhərində qadın jurnalistlər hələ də gender ayrı-seçkiliyi ilə üzləşir.

Əfqanıstanda yerləşən Nai Media İnstitutunun məlumatına görə, Məzari Şərifdə 40-a yaxın qadın jurnalist son bir ildə xəbər agentliklərindəki işlərini tərk edib. “Keçən il Bəlxdə 100-dən çox qadın jurnalistimiz var idi. Lakin bu il onların sayı azalıb“ - deyə, Nai Media İnstitutunun direktoru Möbniyə Xeyirandiş bildirir.

Hələ işləyənlər isə şəxsi təhlükəsizlik və gender bərabərsizliyinin bəzi qadınların işlərini tərk etməyi düşünmələrinə səbəb olduğunu deyirlər. Jurnalist Məhbubə Məhəmmədi: "Gördüyünüz kimi, son vaxtlar Əfqanıstanın şimalında təhlükə artıb və buna görə də bir çox qadın jurnalist işindən çıxmalı olur."

“Qadın jurnalistlərin bu peşəni atmasına əsas səbəblərdən biri bu bölgədə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsidir. Bundan əlavə, iş yerlərində onlara lazımi münasibət göstərilmir” - deyə, Bəlx Qadın Jurnalistlər Assosiasiyasının başçısı Nəzirə Əhmədi bildirir.

Digərləri isə deyirlər ki, Əfqanıstanda ailə perspektivi baxımından qadın hüquqlarında irəliləyiş olsa da, sosial təzyiqlər hələ də mövcuddur. Jurnalist Katrin Öməri, “Kişi jurnalistlərlə müqayisədə qadınların qabiliyyəti nəzərə alınmır. Onlara diqqət obyekti kimi baxılır və onlardan bir görüntü kimi istifadə edilir."

Jurnalist Ruveydə Qədiri: “Ailələr qızlarının bu peşə ilə məşğul olmasına icazə vermir. Səbəb isə ümumilikdə cəmiyyətdə media ilə bağlı mənfi baxışın olmasıdır. Buna görə də hamı redaksiyaların qadınların işləməsi üçün uyğun yer olmadığını düşünür."

ABŞ-la Taliban arasında sülh müqaviləsi imzalandıqdan və ölkə daxilindəki danışıqlardan sonra Əfqanıstanda jurnalistlər daxil olmaqla, milyonlarla qadın iş şəraitinin və cəmiyyətdəki mövqelərinin yaxşılaşacağına ümid edir.

XS
SM
MD
LG