Accessibility links

Əşrəf Qani: “Bundan sonra Əfqanıstan heç kimə pulsuz su verməyəcək”


Əfqanıstanın prezidenti Əşrəf Qani çərşənbə günü ölkəsinin onillərdir davam edən ikitərəfli müqaviləyə uyğun olaraq su payı vermək niyyətində olduğunu, lakin Tehranın əlavə tələblər üçün ödəmə etməli olacağını deyib.

“Öhdəliklərimizə əməl edəcəyik. Bununla yanaşı, nəzərdə tutulmuş kvotadan xaricdə olan hər şey müzakirəyə edilməlidir” - deyə, Qani cənub-qərbdə sərhəddə Nimruz vilayətində yeni inşa edilmiş Kamal Xan su bəndinin açılışından sonra televiziya ilə çıxışı zamanı bildirib.

"Əgər bizə bunun əvəzində yanacaq və ya başqa bir şey versəniz, daha çox su istəyə bilərsiniz" - deyə, Qani bildirib. O, deyib ki, bundan sonra Əfqanıstan “heç kimə pulsuz su verməyəcək”.

Tehran Əfqanıstan liderinin dedikləri ilə bağlı hələlik heç bir açıqlama verməyib.

İran bunun Helmand çayından İranın sərhəd Sistan-Bəlucistan vilayətinə su axınını ciddi şəkildə məhdudlaşdıracağını və sabitliyi pozacağını deyərək, uzun müddətdir Kamal Khal su səddinin inşasına etiraz edirdi.

Əfqanıstan rəsmiləri İranın bu qiymətləndirməsini rədd edir və layihənin hər iki tərəf üçün faydalı olduğunu deyir. Onların bildirdiyinə görə, su bəndi ölkədə suyun axınını idarə etməyə yardım edəcək və İranı lazımi qədər su ilə təmin edəcək.

Kabil və Tehran 1973-cü ildə Əfqanıstanın 1300 kilometr uzunluğunda həmsərhəd Helmand çayı hövzəsindən İranı hər il 850 milyon kub-metr su ilə təmin etməsini nəzərdə tutan müqavilə imzalayıb.

Lakin Əfqanıstanda on illərdir davam edən siyasi qarışıqlıq və müharibə səbəbi ilə müqavilə nə təsdiqlənib, nə də onun şərtləri həyata keçirilib. Bunun nəticəsində ölkənin suvarma və hidro-elektrik infrastrukturu yararsız hala gəlib.

Təxmini dəyəri 110 milyon dollara başa gələn yeni bənd İranla sərhəddə Nimruz vilayətinin Çahar Borjak bölgəsində yerləşir.

XS
SM
MD
LG