Accessibility links

Əfqanıstan rəsmiləri: Yağış və daşqınlar nəticəsində 24 nəfər həlak olub


Əfqanıstan hökuməti bildirir ki, keçən ay ölkənin bir sıra yerində müşahidə edilən ağır yağışlar və daşqınlar dalğası nəticəsində ən azı 24 nəfər həlak olub və 11 nəfər xəsarət alıb.

Şənbə günü Əfqanıstan rəsmilərinin yaydığı bəyanatda deyilir ki, daşqınlar ölkənin 34 vilayətinin altısını əhatə edib. Paytaxt Kabil də daşqınlara məruz qalan ərazilər sırasındadır.

Rəsmi məlumatda bildirilir ki, ölkənin mərkəzində yerləşən Bamyan vilayətinin Şeber ərazisində təxminən 500 insan xilas edilib.

Daşqınlar ölkə üzrə bu ay 220-dən çox evi dağıdıb və 116 evə zərər yetirib.

Əfqanıstanda bu qış ərzində yağan ağır qar nəticəsində ərazilərin bir çoxun çıxışı qapadıb. İndiyədək, ağır yağış və daşqınlar nəticəsində ölənlərin ümumi sayı 150 nəfər təşkil edir.

XS
SM
MD
LG