Accessibility links

Əfqanıstan Rusiyada təşkil ediləcək çoxmillətli konfransa qatılmayacağını bəyan edib


ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti ölkənin gələcəyi ilə bağlı Rusiyada təşkil ediləcək çoxmillətli konfransa qatılmayacağını bəyan edib. Həmin görüşə Taliban təmsilçilərinin də qatılacağı gözlənilir.

Moskva Kabil və Talibanı Çin, Pakistan və İran da daxil edilməklə, 11 regional ölkənin iştirakı ilə sentyabrın 4-də Moskva görüşünə dəvət göndərib.

Əfqanıstanın Xarici İŞlər Nazirliyinin sözçüsü Sibqatulla Əhmədi Amerikanın Səsinə təsdiq edib ki, hökumət Moskva görüşünə nümayəndə heyəti göndərmək niyyətində deyil. Lakin o, heç bir səbəb göstərməyib.

Əhmədi xaricdə təşkil edilən sülh prosesinin heç bir nəticə verməyəcəyini bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən müxbirlərə bildirib ki, Taliban göndərilən dəvətə müsbət cavab verib.

Əfqanıstan rəsmiləri Moskvanın Talibana dəvət göndərərkən Kabillə məsləhətləşmədiyindən narazıdır.

Rusiya Xarici İşlər Nazirliyi Vaşinqtonun Rusiya paytaxtında keçirilən Əfqanıstan sülh danışıqlarına qatılmamasını tənqid edib. Bundan əvvəl Interfax agentliyi ABŞ Dövlət Departamenti sözçüsünə istinadən Vaşinqtonun bu prosesdə iştirak etməyəcəyini xəbər vermişdi.

Rusiya nazirliyinin avqustun 22-də yaydığı bəyanatda deyilir ki, Vaşinqtonun Moskva danışıqlarında iştirakdan imtina etməsi ABŞ-ın Əfqanıstan sülh prosesində maraqlı olmadığını göstərir.

XS
SM
MD
LG