Accessibility links

Əfqanıstanda 3 milyondan çox qadın səs vermək üçün qeydiyyatdan keçib


Qarşıdan gələn şənbə günü doqquz milyon yarım əfqan prezident seçkilərinə gedəcək. Onların otuz faizi qadınlar olacaq.

Şənbə günü 2001-ci ildə Talibanın süqutundan sonra Əfqanıstanda 4-cü prezident seçkiləri keçiriləcək. Son 20 ildə həm hökumət, həm də beynəlxalq ictimaiyyət əsasən qadın haqları olmaqla, ölkənin inkişafında bir çox iş görüb.

Buna baxmayaraq Gallup-un apardığı sorğular Əfqanıstandakı qadınların demək olar ki, yarısının həyatlarından narazı olduqlarını və ölkəni tərk etmək istədiklərini göstərib. Onların bir çoxu məyusluğunu nümayiş etdirmək üçün səs verməmək qərarına gəlib. Şəbnəm Yusifi: "Son beş ildə hökumət dəyərli heç nə etməyib, əsasən də qadınlar üçün. Namizədlər də boş vədlər verir. Onlar da heç bir şey etməyəcək."

Keçmiş seçkilər zamanı saxtakarlıqların olması ilə bağlı kütləvi iddialardan sonra Əfqanıstanda səsvermədən əvvəl hər seçicinin şəkli çəkilməli və barmaq izləri götürülməlidir.

Fəallar bəzi mühafizəkar bölgələrdə hər şeyin məxfi olacağını deyəyərək, oradakı seçki orqanlarının bir iş görmədiklərindən narahatdırlar. Rəal Məryəm Dorrani: “Bu həssas bir məsələdir. Xüsusilə kənd yerlərimizdə və qəsəbələrimizdə. Şəkli çəkilibsə, artıq həmin qadının səs verməyə getməsi çox çətin olacaq. Yalnız buna görə bir çox qadın evdə qalacaq.`

Ölkədə üç milyondan çox qadın səs vermək üçün qeydiyyatdan keçib. Onların çoxu ümid dolu və öz həyatlarını özləri idarə etmək istəyən gənc qadınlardır. "Öz gələcəyimizi özümüz seçmək istəyirik. Buna görə hər bir əfqanıstanlı məsuliyyət daşıyır. Səs verəriksə, növbəti hökumətdən hüquqlarımızı tələb edəcəyik."

Namizədlər isə qeydiyyatdan keçən qadınları cəlb etməyə çalışır. Seçkilərə çox az vaxt qalıb və üç milyon böyük rəqəmdir.

Şərhlərə bax

XS
SM
MD
LG