Accessibility links

Əfqanıstanda təhlükəsizlik tədbirləri gücləndirilib


Talibanın prezident seçkilərini intiharçı bombaları və raket hücumları ilə pozacağı təhdidlərindən sonra Əfqanıstan hökuməti cümə axşamı seçki məntəqələrinin qorunması üçün 100 mindən çox əsgər və polis qüvvələrini səfərbər edib.

Son on ildə keçirilən seçkilər Əfqanıstanda zorakılıqlarla müşayiət olunur. Belə ki, Talibanın İslamçı militantları Birləşmiş Ştatların dəstəklədiyi hökumət qüvvələri ilə mübarizə apararaq, xarici qoşunların ölkədən çıxarılmasını tələb edir.

Prezident Əşrəf Qaninin şənbə günü ikinci dəfə beş il müddətinə qalib gələcəyi gözlənilən seçkilər zamanı zorakılıq və siyasi qeyri-sabitliyik dərinləşə bilər.

Prezident seçkilərində iştirak edən 18 namizəddən yalnız Əşrəf Qaninin və birlik hökumətinin bsş naziri Abdulla Abdullanın real qələbə şansı var.

Qalib Talibanla barışıq səyləri və Birləşmiş Ştatlarla üsyançılar arasında bu ayın əvvəlində dayandırılmış danışıqları bərpa etmək yolunda böyük rol oynamalıdır.

Məktəblərdə, məscidlərdə, xəstəxanalarda və rayon mərkəzlərində yerləşdirilən 29 min 500-dən çox seçki məntəqəsinin təhlükəsizliyi ciddi qorunacaq.

Şərhlərə bax

XS
SM
MD
LG