Accessibility links

Taliban və Çin ABŞ-ı Əfqanıstanın hava məkanına daxil olduğu üçün tənqid edib


Taliban və Çin çərşənbə günü ABŞ-dan pilotsuz aparatlarının Əfqanıstanın hava məkanında uçuşunu dayandırmasını tələb edərək, bu cür hərəkətlərin Əfqanıstanın suverenliyinə və qarşılıqlı razılaşmaya zidd olduğunu bildirib.

"Bu yaxınlarda biz ABŞ-ın pilotsuz uçuş aparatlarının Əfqanıstanın müqəddəs hava məkanına daxil olduğunu gördük və bununla bütün beynəlxalq qanunları və ABŞ Qətərin paytaxtı Dohada İslam Əmirliyinə [Taliban] edilən vədləri pozduğunu gördük” - deyə, Talibanın bəyanatında bildirilib.

İslamçı qrup Vaşinqtonla 2020-ci ilin fevralında ABŞ və NATO qoşunlarının Əfqanıstanı tərk edəcəyi ilə bağlı əldə edilən müqaviləyə istinad edib. Qoşunların çıxarılması prosesi 20 ilə yaxın davam edən Əfqanıstan müharibəsinə son qoyaraq, keçən ay başa çatıb.

"Hər hansı bir mənfi nəticənin olmaması üçün bütün ölkələri, xüsusən ABŞ-ı Əfqanıstana beynəlxalq hüquqları, qanunları və öhdəlikləri nəzərə alınmaqla yanaşmağa çağırırıq"- deyə, Taliban detallara varmadan xəbərdarlıq edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin

ABŞ rəsmiləri bununla bağlı heç bir şərh verməyib. Belə görünür Taliban bu xəbərdarlığını Pentaqonun Əfqanıstanla bağlı son "antiterror əməliyyatları həyata keçirmək üçün bütün lazımi səlahiyyətlərimiz var" şərhinə cavab olaraq verib.

Pentaqonun mətbuat katibi Con Kirbi keçən cümə günü jurnalistlərə verdiyi açıqlamasında "Bu imkanlardan əminik. Hava hücumları ilə bağlı spesifik qaydalara toxunmadan deyə bilərrəm ki, hazırda hava məkanından istifadə üçün Talibandan icazə almaq üçün zəruriyyət yoxdur. Və biz gələcəkdə hər hansı anti-terror dron hücumlarının bu cür icazələrdən asılı olacağını gözləmirik," deyib.

Çin də çərşənbə günü Əfqanıstanın hava məkanında pilotsuz uçuş əməliyyatları keçirdiyinə görə ABŞ-a qarşı çıxıb.

“ABŞ Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə ciddi şəkildə hörmət etməlidir" - deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin Pekində keçirdiyi mətbuat konfransında bildirib.

“Ən əsası da ABŞ adət etdiyi hərbi müdaxiləsini, başqalarını onun istədiyini yerinə yetirməyə məcbur etməyi dayandırmalı və insanları bədbəxtlik və əzablara sürükləyən faciələri təkrarlamamalıdır " - deyə, o əlavə edib

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG