Accessibility links

Çin Böyük 20-ləri Əfqanıstana qarşı iqtisadi sanksiyalara son qoymağa çağırıb


Çinin xarici işlər naziri Von Yi
Çinin xarici işlər naziri Von Yi

Çinin baş diplomatı cümə axşamı Böyük İyirmilərin (G-20) xarici işlər nazirlərinin virtual konfransı zamanı Əfqanıstanda gözlənilən humanitar böhran və iqtisadi tənəzzüllə mübarizəyə yardım etmək üçün Taliban tərəfindən idarə olunan ölkəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalara son qoymağa çağırıb.

Çinin xarici işlər naziri Vanq Yi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən konfransda G-20-yə üzv ölkələrin beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində qlobal platforma olaraq bu Cənubi Asiya ölkəsinə yardımda "konstruktiv rol" oynamaq məcburiyyətində olduqlarını deyib.

"Əfqanıstana qarşı hər hansı birtərəfli sanksiyalar və ya məhdudiyyətlər ləğv olunmalıdır" - deyə Vanq bildirib.

İslamçı Talibanın keçən ay yenidən hakimiyyətə qayıtması ABŞ-ı Kabil üçün saxladığı milyardlarla dolları dondurmağa vadar edib. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Əfqanıstanın maliyyəsinin inkişafına çıxışını dayandırıb.

Əfqanıstan məsələsinin müzakirə edildiyi konfransda Vanq "Əfqanıstanın valyuta ehtiyatları onun milli sərvətidir və onun xalqına aiddir və Əfqanıstana siyasi təzyiq göstərmək üçün bir alət kimi istifadə olunmaq əvəzinə xalq üçün istifadə edilməlidir" deyib.

Amerika Birləşmiş Ştatları və digər ölkələr hər hansı birbaşa əlaqə qurmadan və ya diplomatik səviyyədə tanımadan əvvəl Talibanın insan haqlarına hörmət edilən bir inklüziv hökumət qurmasını və sərt İslam qanunlarından istifadə etməməsini istəyib.

Vanq "Çin Böyük İyirmilər üzvlərini Əfqanıstandakı mövcud likvidlik problemini azaltmaq üçün fəal addımlar atmağa çağırır" deyib. O, eləcə də beynəlxalq maliyyə qurumlarını Əfqanıstanda yoxsulluğun azalması, davamlı inkişaf, dolanışıq və infrastruktur layihələrinə maliyyə dəstəyi ayırmağa çağırıb.

Vanq Əfqanıstan vətəndaşlarının təcili ehtiyaclarını ödəmək üçün səyləri ikiqat artırmağa və humanitar yardımı sürətləndirməyə çağırıb. O, Pekinin COVID-19 peyvəndi dozalarının ianəsi də daxil olmaqla, Kabilə 31 milyon dollar dəyərində "yardım materialları" verməyə qərar verdiyini bildirib.

Çinli diplomat Talibanın Kabildəki müvəqqəti hökumətinin "azlıq qruplarının, qadınların və uşaqların hüquqlarını qoruyacaq geniş və əhatəli bir hökumət" quracağına ümid etdiyini deyib.

XS
SM
MD
LG