Accessibility links

Əfqanıstan pilotları Özbəkistanı tərk etməyə başlayıb


Reuters xəbər agentliyinin bildirdiyinə görə, təxminən bir aydır Özbəkistanda saxlanılan bəzi əfqan pilotlar bazar günü Birləşmiş Ərəb Əmirliklərinə yola düşməyə başlayıb.

ABŞ-da təhsil alan əfqanıstanlı pilot Reuters-ə Talibanın onların Əfqanıstana qayıtmasını tələb etməsinə baxmayaraq, ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılığa əsasən bir qrup pilotun bazar günü Özbəkistandan Birləşmiş Ərəb Əmirliklərinə gedəcəyini bildirib.

The Wall Street Journal şənbə günü pilotların digər ölkələrə köçürülməzdən əvvəl Qətərin Doha şəhərindəki ABŞ hərbi bazasına göndəriləcəyini yazıb.

Reuters-in bildirdiyinə görə, UH-60 Black Hawk helikopterləri və A-29 yüngül qırıcılar daxil olmaqla, Özbəkistandakı 46 təyyarənin taleyi hələ də bəlli deyil.

Avqustun 15-i Kabilin süqutundan bir neçə saat əvvəl 585 Əfqanıstan hərbçisi və ailələri 22 hərbi təyyarə və 24 helikopterlə Özbəkistana uçub. Özbəkistan hərbi təyyarələri onları Əfqanıstanla sərhəddəki Termez beynəlxalq hava limanına enməyə məcbur edib.

ABŞ-ın hazırkı və keçmiş rəsmiləri Reuters xəbər agentliyinə bildirib ki, Taliban Özbəkistan hökumətindən təyyarələri və pilotları geri qaytarmasını tələb edib.

Keçən ay hakimiyyəti ələ keçirməmişdən əvvəl Talibanı dəstəkləyən Özbəkistan pilotlar ətrafındakı mübahisələrə görə qonşuları ilə gərginliyin artmasından narahat olaraq, ABŞ-ı hərəkətə keçməyə çağırıb.


Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG