Accessibility links

Əfqanıstan Taliban üsyançılarının əlinə keçdikcə milyonlarla insan aclıq çəkir


Əfqanıstanda məcburi köçkünlər

Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstanda döyüşlərin intensivləşməsi və məcburi köçkünlərin sayının artması ilə ölkədə ac insanların sayının kəskin şəkildə artacağı haqda xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstanda ərzaq təhlükəsizliyi və qidalanmanın vəziyyəti haqda araşdırması hər üç əfqandan birinin ciddi qida çatışmazlığı problemi ilə üzləşdiyini göstərir. Bu isə o deməkdir ki, müharibə şəraitində yaşayan ölkədə təxminən 14 milyon insan gündəlik minimum qida ehtiyacını ödəmək gücündə deyil.

Vəziyyət ağır olduğu üçün Ümumdünya Ərzaq Proqramı qida çatışmazlığı səviyyəsinin yüksəldiyini və təxminən 2 milyon uşağın sağ qalmaq üçün pəhriz müalicəsinə ehtiyacı olduğunu bildirir.

WFP sözçüsü Tomson Piri Əfqanıstan xalqının həm süni, həm də təbii bir fəlakətlə üzləşdiyini və ailələrini dolandıra bilmədiklərini söyləyib. O, əlavə edib ki, ölkə dörd il ərzində ikinci bir quraqlığa məruz qaldığı üçün məhsul çatışmazlığı olacağı proqnozlaşdırılır.

"Ən pis şeyin hələ qarşıda olduğu və daha böyük bir aclıq dalğasının sürətlə yaxınlaşmasından qorxuruq" - deyə, Piri bildirib, "Vəziyyətin pisləşdiyi və getdikcə gözlənilməz hala gəldiyi heç kim üçün sirr deyil. Münaqişə hamımızın gözlədiyindən qat -qat daha sürətlidir və vəziyyət humanitar fəlakətin bütün əlamətlərinə malikdir."

ABŞ və NATO qoşunlarının ölkədən çıxarılması sürətləndirdiyindən Taliban üsyançıları Əfqanıstanın 34 əyalət paytaxtının yarısından çoxunu ələ keçirib. Silahlı qrupun paytaxt Kabilə yaxınlaşdığı bildirilir.

Hadisələr sürətlə inkişaf etdikcə Əfqanıstan xalqının aclıq və əzab səviyyəsi artır. Tomson Piri Ümumdünya Ərzaq Proqramının son üç ayda 4 milyondan çox insana ərzaq yardımı etdiyini bildirib.

Ümumdünya Ərzaq Proqramı fövqəladə vəziyyətin miqyasını nəzərə alaraq, yardımdan faydalananların sayını iki dəfədən çox artırmağı planlaşdırdığını və dekabr ayına qədər 9 milyon insana ərzaq çatdıracağına ümid etdiyini bildirir.

"Döyüşlər humanitar yardım işçilərinin köçürülməsi və ölkə daxilində yardım edilməsində çətinliklər yaratdı. Yardım işçiləri Əfqanıstanda fövqəladə vəziyyət şəraitində işləyirlər. Çətinliklərə baxmayaraq, Ümumdünya Ərzaq Proqramının planı ərzaq yardımını insanların evlərinə ən yaxın yerə çatdırmaqdır", deyə Piri bildirib.

ÜmumdünyaƏrzaq Proqramının ölkə daxilindəki anbarlarda ərzaq ehtiyatları və onları daşımaq üçün yük maşınları var, lakin təşkilat əməliyyatın maliyyələşdirilməsinə kömək üçün 200 milyon dollar istəyir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG