Accessibility links

Əfqanıstana qadın, qız və insan haqları üzrə xüsusi nümayəndə təyin edilib


Rina Əmiri
Rina Əmiri

ABŞ Dövlət katibi Antoni Blinken çərşənbə günü Rina Əmirinin əfqan qadınları, qızları və insan haqları üzrə xüsusi nümayəndəsi təyin edildiyini bildirib.

Bu təyinat ABŞ-ın avqust ayında Əfqanıstanı tərk etməsindən və Talibanın ölkənin nəzarətini əlinə almasından sonra qadınların İslamçı qrup tərəfindən təqiblərlə məruz qaldığı vaxta təsadüf edir.

Bu həftənin əvvəlində Taliban qadınların artıq kişilərin müşayiəti olmadan uzun məsafələrə səyahət edə bilməyəcəklərini elan etmişdi. Qadınlar artıq təhsil və iş sahəsində ciddi məhdudiyyətlərlə üzləşib.

“Biz bütün əfqanların siyasi, iqtisadi və sosial əhatə şəraitində yaşaya və inkişaf edə biləcəyi dinc, sabit və təhlükəsiz Əfqanıstan arzulayırıq” - deyə, Blinken açıqlamasında bildirib.

Rina Əmiri əfqan əsilli alimdir və keçmiş prezident Barak Obamanın dövründə Dövlət Departamentində işləyib. O, Əfqanıstan məsələləri ilə bağlı 20 il hökumət və BMT-yə məsləhətlər verib.

Reuters xəbər agentliyinin məlumatına görə, Bayden administrasiyası Əfqanıstanda qadın fəalların həyatlarını qorumadığı və təhlükəsizliklərini təmin etmədiyi üçün qadın haqları qruplarının sərt tənqidləri ilə üzləşib. Xəbər agentliyi Əmirinin həmin tənqidçilərdən biri olduğunu deyib.

XS
SM
MD
LG