Accessibility links

Əfqanıstanda mina partlayışları 19 mülki vətəndaşın ölümünə səbəb olub


Bazar günü Kabil və Qəndəharda yol kənarınza yerləşdirilmiş minaların partlaması 19 mülki vcətəndaşın ölümünə səbəb olub.

Partlayışlardan ikisi Əfqanıstanın cənubundakı Qəndəhar vilayətinin Argistan rayonunda baş verib. Qəndəhar vilayəti Polis İdarəsinin sözçüsü Camal Barakzayın dediyinə görə, ilk partlayış Şana Nari kəndi yaxınlığında baş verib. Mülki vətəndaşları daşıyan Toyota markalı pikap yol kənarındakı minaya dəyərək partlayıb. Nəticədə 9 nəfər ölüb, 2 nəfər yaralanıb.

İkinci hadisə bazar günü gecə Tajav kəndi yaxınlığında baş verib. Orada da minaya düşən bir mikroavtobusda 8 nəfər ölüb.

Kabil şəhərində təhlükəsizlik işçiləri yol kənarındakı minanı zərərləşdirmək istəyərkən mina partlayıb və bir qadın da daxil olmaqla, iki mülki vətəndaş ölüb.

Mülki vətəndaşlar arasında ölüm halları Əfqanıstan prezidenti Əşrəf Qaninin silahlı qrupla birbaşa danışıqların başlanmasına son əngəlllərin aradan qaldırılması üçün qalan 400 Taliban məhbusunu azad edəcəyini elan etməsindən bir gün sonraya təsadüf edir.

Fevralın 29-da imzalanan razılığa əsasən Talibanın əsir götürdüyü Əfqanıstanın təhlükəsizlik qüvvələrinin 1000 əsgəri müqabilində 5000 üsyançı məhbus sərbəst buraxılmalıdır.

Taliban bütün məhbusları mərhələli şəkildə azad edib.

Bazar günü Əfqanıstan prezidenti Əşrəf Qani 400 Taliban məhbusunun sərbəst buraxılacağını elan edib və bununla ABŞ-ın vasitəçilik etdiyi sülh danışıqlarının erkən başlanmasına yol açıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG