Accessibility links

Taliban Əfqanıstanın səkkizinci vilayətinin paytaxtını ələ keçirib


Əfqanıstan rəsmisinin bildirdiyinə görə, Taliban döyüşçüləri çərşənbə günü ölkənin şimalında daha bir şəhərinin nəzarətini ələ keçirib. Bu, ABŞ-ın başçılıq etdiyi xarici qüvvələrin ölkədən çıxarılması davam etkiyi vaat altı gün ərzində üsyançıların əlinə keçən səkkizinci vilayət paytaxtıdır.

Taliban qüvvələri şimal-şərqi Bədəxşan vilayətinin paytaxtı Feyzəbadı Prezident Əşrəf Qaninin müdafiəçilərini bir araya gətirmək üçün şimaldakı ən böyük şəhər Məzari-Şərifə getdiyi vaxt ələ keçirib.

Bədəxşan vilayətinin məclis üzvü Cavad Mücadidi Reuters xəbər agentliyinə Feyzəbadda uzun sürən döyüşlərdən sonra hökumət qüvvələrininn qonşu vilayətə çəkildiyini bildirib.

Onun sözlərinə görə, Taliban döyüşçüləri çərşənbə axşamı hücuma başlamazdan əvvəl vilayətin böyük bir hissəsini ələ keçirib və Feyzəbadı mühasirəyə alıb.

Ölkənin şimal-şərqindəki Bədəxşan vilayəti Tacikistan, Pakistan və Çinlə həmsərhəddir.

Bu şəhərin itirilməsi son bir neçə aydır Talibanın hücumlarının qarşısını almaq üçün mübarizə aparan hökumət üçün son uğursuzluqdur.

Taliban ABŞ-ın dəstəklədiyi hökuməti məğlub etmək və sərt İslam qanunlarını bərpa etmək üçün mübarizə aparır. Talibanın sürətlə irəliləməsi hökumət və müttəfiqləri üçün gözlənilməz olub.

Avropa İttifaqının yüksək səviyyəli nümayəndəsi çərşənbə axşamı bildirib ki, Taliban qüvvələri Əfqanıstanın 65% -nə nəzarət edir və 11 vilayətin paytaxtını ələ keçirib və ya keçirməkdə təhdid edərək, Kabili şimaldakı milli qüvvələrin ənənəvi dəstəyindən məhrum etməyə çalışır.

ABŞ Prezidenti Co Bayden Əfqanıstan liderlərini vətən uğrunda mübarizəyə çağıraraq, ABŞ-ın 20 il ərzində 1 trilyon dollardan çox vəsait xərclədiyini və minlərlə əsgər itirdiyini qeyd edərək, hərbi qüvvələrin ölkədən çıxarılması qərarından peşman olmadığını deyib.

O, ABŞ-ın Əfqanıstan qüvvələrinə əhəmiyyətli dərəcədə havadan dəstək, ərzaq, avadanlıq və maaş verdiyini bildirib.

XS
SM
MD
LG