Accessibility links

Taliban döyüşçüləri Əfqanıstanın nəzarət-buraxılış məntəqələrində keşik çəkir


Üç ay yarımdan çox bir müddərdir ABŞ və NATO qoşunlarının xaotik şəkildə çıxarılması və Əfqanıstanı ələ keçirməsindən sonra Talibanın dağlarda və çöllərdə döyüşən üsyançıları indi ölkəni idarə edən silahlı qüvvələrə çevrilib.

Taliban piyada qoşunlarının çoxunun hazırda küçələrdə nəzarət-buraxılış məntəqələrində, eləcə də Əfqanıstanın şəhər və qəsəbələrində təhlükəsizlik patrullarını həyata keçirmək kimi yeni işləri var.

Keçən ay Associated Press xəbər agentliyi ölkənin qərbindəki Herat şəhərində nəzarət-buraxılış məntəqəsində gecə patrulu zamanıTalibanın bir neçə döyüşçüsünün fotoşəkillərini çəkib.

Onlardan biri, 21 yaşlı Əhməd Vəli Heratın şimal Kamar Kələy kəndində patrul xidmətində olub. Mədrəsə kimi tanınan İslam dini məktəbində oxuyan Əhməd Talibana Qurani Kərimə inandığı üçün qoşulduğunu və Amerikanın ölkəsindəki mövcudluğuna, korrupsiyaya görə geniş şəkildə tənqid olunan Əfqanıstanın əvvəlki hökumətinə qarşı olduğunu deyib.

Hazırda isə o, yeni vəzifələri ilə təyin olunduğu ərazidə təhlükəsizliyi təmin etməklə məşğul olduğunu bildirib. O, həm özünün, həm də ölkəsinin parlaq gələcəyinə ümid edir və Əfqanıstandakı bütün insanlar üçün daha yaxşı günlərin olacağıına “99% əmin olduğunu” deyib.

Avqustun ortalarında Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanın onsuz da bərbad vəziyyətdə olan və yardımdan asılı iqtisadiyyatı tam tənəzzülə uğrayıb. Beynəlxalq ictimaiyyət 38 milyon əhalisi olan ölkənin güvəndiyi yüz milyonlarla dollarıq maliyyəni dayandırıb, Əfqanıstanın xaricdəki milyardlarla dollarlıq aktivləri dondurulub.

Əfqanıstanın bank sisteminin dünya ilə əlaqəsi əsaslı dərəcədə kəsilib.Yeni Taliban hökuməti maaşları ödəyə bilmir və demək olar ki, bütün iş yerləri yox olub.

Müəyyən peşələr və orta məktəb təhsili istisna olmaqla, qadınlara əsasən iş bazarında qadağa qoyulub. Yüksək təhsilli peşəkarlar da daxil olmaqla, on minlərlə insan Əfqanıstandan qaçıb və ya qaçmağa çalışır ki, bu da kütləvi beyin axınına səbəb olur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG