Accessibility links

Taliban təhsilli və bacarıqlı əfqanların xaricə təxliyəsini dayandırmağa çağırıb


Talibanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi
Talibanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi

Taliban belə bir təcrübənin Əfqanıstana zərər verdiyini deyərək, Qərb ölkələrini təhsilli və bacarıqlı əfqanları xaricə təxliyə etməyi və həmin ölkələrdə yerləşdirməyi dayandırmağa çağırıb.

Müharibənin viran qoyduğu ölkədə təhlükəsizliyin yaxşılaşdırıldığı ilə öyünən Taliban liderləri deyirlər ki, əvvəlki Əfqanıstan hökumətində işləyənlər də daxil olmaqla, bütün əfqanlar öz vətənlərində təhlükəsizdir və sərbəst yaşayıb, işləyə bilərlər.

"Onların burada həyatlarının risk altında olduğunu hesab edərək, əfqanlar üçün [immiqrasiya] işləri açmamalı olduqları mesajını dünya dinləməlidir" - deyə, Talibanın xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi çərşənbə axşamı bildirib.

Müttəqi "Onlar Əfqanıstanın istedadlarına, Əfqanıstanın elm adamlarına və Əfqanıstanın qürur duyduqlarına zərər verməməli və onları bu ölkədən çıxarmamalıdırlar" - deyə, əlavə edib.

On minlərlə əfqan, əsasən də ABŞ-ın dəstəklədiyi əvvəlki hökumət dövründə işləyən təhsilli şəxslər son iki il ərzində Taliban təqiblərindən qorxaraq, ölkələrini tərk edib.

Birləşmiş Millətlər Təşkilatı və digər insan haqları qrupları Talibanı Əfqanıstanın keçmiş təhlükəsizlik işçilərinin bəzi üzvlərini məhkəmədənkənar həbslərdə, işgəncələrdə və edam etməkdə ittiham edib. Taliban bu ittihamları rədd edir.

ABŞ, Kanada və bir sıra Avropa ölkələri 2021-ci ilin avqustunda Talibanın hakimiyyəti ələ keçirməsindən sonra 150 mindən çox sığınacaq axtaran əfqan qaçqın qəbul edib.

Sərhədsiz Reportyorların məlumatına görə, yüzlərlə media mütəxəssisi də Əfqanıstanı tərk edib və bu, azad mediaya ciddi zərbə vurub.

XS
SM
MD
LG