Accessibility links

Taliban Kabildə törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb


ABŞ müzakirəçisinin Əfqanıstan prezidenti Əşrəf Qani ilə minlərlə Amerika əsgərinin Əfqanıstandan çıxarılacağı ilə bağlı razılığın əsas detallarını bölüşdükdən bir neçə saat sonra Taliban bazar ertəsi axşam Kabildə törədilən partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Əfqanıstan hökumətinin sözçüsü beynəlxalq təşkilatlar və qonaq evləri olan “Yaşıl Kənd” kompleksindəki partlayış zamanı azı 16 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını, bir neçə evin dağıdıldığını bildirib.

Birləşmiş Ştatlar rəsmiləri bundan əvvəl Talibanla sazişin imzalanmasından sonra 135 gün ərzində Amerika əsgərlərinin Əfqanıstandakı 5 hərbi bazadan çıxmasını nəzərdə tutan çərçivə razılığı əldə etdiklərini bildiriblər.

Birləşmiş Ştatların əsgəri qüvvəsini Əfqanıstandan çıxarmasının qarşılığında Taliban Əl-Qaidə ilə bütün əlaqələrini kəsməli və Əfqanıstan ərazisindən Birləşmiş Ştatlar və onun hansısa müttəfiqinə qarşı terror hücumları həyata keçirilməsi üçün istifadə edilmədiyini təmin etməlidir.

Hazırda Birləşmiş Ştatların Əfqanıstanda 7 hərbi bazası və 14 min əsgəri var.

XS
SM
MD
LG