Accessibility links

Taliban sıralarında xarici döyüşçülərə yer verilməməsinə göstəriş verib 


Əfqanıstandakı Taliban qrupu 2020-ci ilin fevral ayında ABŞ-la əldə etdiyi sülh müqaviləsini pozaraq, Əl Qaidə və digər terror qruplaşmaları ilə ilə sıx əlaqələrini davam etdirdiyi barədə ittihamları aradan qaldırmaq məqsədilə üzvlərinə sıralarında “xarici” döyüşçülərə yer verməmələri barədə əmr verib.

Bir il əvvəl Qətərdə ABŞ-la Taliban arasında imzalanan razılaşmaya əsasən Amerika və ittifaq qoşunlarının mayın 1-nə qədər Əfqanıstanı tərk etmələri müqabilində Taliban da ABŞ və onun müttəfiqlərini təhdid edən terror qruplaşmaları ilə əlaqələrini kəsmək daxil olmaqla, öz öhdəliklərinə əməl etməlidir.

ABŞ Prezidenti Co Baydenin yeni administrasiyası Amerika tarixindəki ən uzun müharibəyə son qoymaq üçün may ayına qədər Əfqanıstanda qalan 2500 əsgərinin çıxarılmasına qərar vermək məqsədilə razılaşmanı nəzərdən keçirir. Hazırda NATO-nun başçılığı ilə ABŞ müttəfiqlərinin bu ölkədə 10 mindən az əsgəri var.

Talibanın hərbi komissiyasının qiyamçı döyüşçülərə verdiyi əmrdə "Bütün komandirlər və mücahidlərə (döyüşçülərə) sıralarına xarici vətəndaşları qəbul etmələrinin və ya onlara sığınacaq vermələrinin qadağan edildiyi barədə əmr verildi" deyilib.

Talibanın sosial mediada paylaşılan bəyanatında xəbərdarlıq olunur ki, bu əmri yerinə yetirməyənləri qruplarının dağılması da daxil olmaqla, ağır cəza gözləyir.

Amerikanın Səsinin puştu dilindəki bir səhifəlik direktivin həqiqiliyini təsdiqləmək üçün əlaqə saxladığı Taliban sözçüsü Zabihulla Mücahid suallara rəhbərliyindən məlumat aldıqdan sonra cavab verəcəyini deyib.

ABŞ fevralın 29-da imzalanan razılaşmanı Talibanın Əfqanıstanda Əl-Qaidə ilə əlaqələrini kəsməməsinə dair ittihamlardan sonra nəzərdən keçirməyə qərar verib. Bundan əlavə qiyamçılar Əfqanıstan hökuməti ilə sülh danışıqlarını uzatmaqda günahlandırıb.

Pentaqonun sözçüsü Con Kirbi çərşənbə axşamı Talibanla imzalanan razılaşmanın hələ də nəzərdən keçirilməyə davam etdiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG